"Futbol+" qəzetinin 29-30 yavnar 2011-ci il tarixli 18 (2201) sayında "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədovun ""Bakı" Bəxtiyarla Eminin əsgərlik məsələsini həll edib" başlıqlı müsahibəsi dərc olunub. Qol.Az-ın məlumatına görə, qəzetin müxbiri Səbuhi Nərimanoğlunun suallarını cavablandıran klub rəsmisi "Futbol+"un bügünkü sayında fikirlərinin təhrif olunduğunu, müxbirin ona aid olmayan sözlərin Zeynal Məmmədovun adından yazdığının şahidi olub. Zeynal Məmmədov bu barədə fikirlərini belə ifadə edir:
"Mən Emin Cəfərquliyev və Bəxtiyar Soltanovun həqiqi hərbi xidmətə çağırılması və onların "MOİK" klubunun heyətinə daxil edilməsinə münasibət bildirdim. Qeyd etdim ki, hərbi xidmətə çağırılan onlarla futbolçudan yalnız "Bakı" futbol klubunun üzvləri ordu sıralarına yollandılar. Bu onların vətəndaşlıq borcudur, hər bir insan Vətənə xidmət etməlidir. Bəxtiyarla Eminin ordu sıralarına qoşulması "Bakı" klubunun sözdə deyil, əməldə vətənpərvər klub olmasının bir daha təsdiqidir".
Təəssüf ki edirəm ki, belə bir həssas mövzuya toxunan Səbuhi Nərimanoğlu öz fantaziyasının məhsulu olan fikirləri mənim adımdam dərc etdirib. "MOİK" klubu haqqında "hamam suyundan özünə dost tutmaq" ifadəsi isə, ümumiyyətlə, mənim təbiətimə və leksikonuma aid olmayan fikirlərdir.
Mənim "MOİK" klubuna və onun prezidenti Natiq Əliyevə böyük hörmətim var. Eminlə Bəxtiyarın gələcək karyeralarını hansl klubda davam etdirməsi məsələsinə aid sualı cavablandırdım. Bildirdim ki, mənim vəzifəm və səviyyəm klub prezidenti ilə eyni deyil. Bu məsələlər "Bakı" və "MOİK" klublarının prezidentləri arasında həll olunmalıdır.
Hər zaman ciddi bir mətbu orqanı kimi yanaşdığım "Futbol+" qəzetində fikirlərimin təhrif olunması, müsahibədə "MOİK" klubu haqqında mənə aid olmayan təhrikedici ifadələrin yer alması məni olduqca kədərləndirir. Müxbir futbolçuların ordu sıralarına çağırılması, nə üçün yalnız "Bakı" futbolçularının bu şərəfli çağırışa cavab verməsi, digər klubların isə buna qoşulmamasının səbəblərini araşdırmaq əvəzinə məni adımdam "MOİK" klubuna qarşı belə ifadələr yazması qaranlıq olaraq qalır.
"Futbol+" qəzetinin bu hərəkəti bulanıq suda balıq tutmağa bənzəyir. Bunu onlara yaraşdırmadım".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı