AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Cənubi Koreyadan olan hakimlərin yeni mövsümdən Azərbaycan çempionatının oyunlarına, bizim referilərin isə həmin ölkənin çempionatındakı bəzi matçlara təyin ala biləcəyini söyləyib. Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbiri bu məsələylə bağlı hazırda Antalya şəhərində olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mövqeyini öyrənib.
- Əgər Koreya və Azərbaycanın futbol federasiyaları arasında bununla bağlı razılaşma olsa, bunu dəstəkləyəcəyəm. Bu, ən azı həm hakimlərimizin təcrübə toplaması, həm də futbolumuzun təbliğatı baxımından vacibdir. Hakimlərimiz Koreya çempionatında yenilikləri görər və onu işlərində tədbiq edə bilərlər. Eyni zamanda koreyalı hakimlər də bizim çempionatın bəzi oyunlarına cəlb olunarlar.
- Bakıya qayıtdıqdan sonra bununla bağlı hər hansı müzakirə aparılıb qərar veriləcəyi gözlənilirmi?
- Əgər qarşı tərəf bunu istəsə, problem olmayacaq.
- Birdən klublar buna etiraz etsə?
- İnanmıram ki, onlar etiraz etsinlər. Burada söhbət iki ölkənin futbol qurumları arasındakı işgüzar əməkdaşlıqdan gedir. Məncə, heç bir problem yaranmayacaq. Axı, biz hamımız futbolumuzun inkişafını istəyirik.
- Belə bir məlumat var ki, analoji əməkdaşlıq isveçli hakimlərlər də mümkündür.
- Mən bu barədə eşitməmişəm.
- Koreyadan əlavə, başqa hansısa ölkələrlə əməkdaşlıq ola bilərmi?
- Biz düşmən olan qonşu dövlətdən başqa istənilən ölkəylə əməkdaşlığa hazırıq.
- AFFA və PFL rəhbərliyi buna qədər çempionatın oyunlarına əcnəbi hakimlərin cəlb olunmasının əleyhinə çıxış etmişdilər. Bu mənada, koreyalı hakimlərin oyunlara təyinatı həmin fikirləri inkar etmir ki?
- Burada söhbət hakimlərimizə inamsızlıqdan getmir. Biz qarşılıqlı əməkdaşlıq etmək fikrindəyik. Bunlar fərqli şeylərdir. Bəli, AFFA-nın prezidenti, baş katibi ilə söhbətlərimizdə biz çempionatımıza əcnəbi hakimlərin gətirilməsinin əleyhinə olmuşuq. Çünki yerli hakimlərimizin bacarığına inanırıq.
Azərbaycan hakimlərinə olan diqqət keçmiş SSRİ-nin heç bir ölkəsində yoxdur. Hakimlərimizə inanırıq. Əgər nə vaxtsa onlara inanımız olmasa, o zaman xaricdən hakimlər dəvət edəcəyik.
- İlk altılığın oyunları ərəfəsində hakimlərə klublar tərəfindən təzyiqlərin, onların ələ alanması hallarının baş verəcəyi istisna olunmur. Bununla bağlı nə kimi qabaqlayıcı tədbirlər görmüsünüz?
- Çempionatın gərgin keçəcəyini gözləyirik. Rövnəq Ablullayev, Elxan Məmmədov və mən bu məsələni birgə müzakirə etmişik. Bilirik ki, Premyer Liqanın səviyyəsi artır, gərginlik çox olacaq. Ona görə də biz çox gözəl və möhtəşəm bir planlar hazırlamışıq.
- Nə kimi planlar?
- Bunu açıqlamaq istəmirəm.
- Olmaya, sürpriz hazırlayırsınız?
- Yox. Sadəcə, qarşı tərəfin bizim planlarımızdan xəbər tutmasını, başqa sözlə, bunlara hazır olmasını istəmirik.
Qısaca olaraq onu deyə bilərəm ki, bu plan çempionatın daha saf olmasını əhatə edir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi