“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Qol.az müsahibəsində “Sumqayıt”la sabahkı çempionat oyunundan, millimizin Avro-2024-ün seçmə mərhələsində uğursuz startından və digər məsələlərdən danışıb.
- Çempionatımızdakı qısa fasilə başa çatır. “Sumqayıt”la sabah keçiriləcək oyununuz haqda nə düşünürsünüz?
- Fasilədən sonra futbolçuları oyuna kökləmək bir az çətin olur. Bəzən bu fasilə komandanın xeyrinə olur, bəzən isə çətnlik yaradır. İnanaq ki, bizim xeyrimizə olacaq. Heyətimizdə xəstələnən futbolçular var idi. Tərlan Quliyev məşqə bu gün başlayacaq. "Sumqayıt"la oyunu buraxacaq. Siyanda Xulu Cənubi Afrika millisinin oyunlarına görə bizimlə deyil. Martın 31-də komandaya qoşulacaq. “Sumqayıt” son oyunlarda uğursuz çıxış etsə də, səfərdə qələbə qazana biləcək komandalardandır. Bizə də çətin olacaq, onlara da. Mübarizəli oyun gözləyirəm.
- Sabiq komandanıza qarşı əvvəlki prinsipiallıq davam edir?
- Bəzən mən tərəfdən də olmasa, oyunda prinsipiallıq olur. Maraqlıdır, keçmiş komandana qarşı oynayırsan. Orada hər hansı bir hadisə də maraqlı olur. Mənim onlarla elə böyük bir prinsipim yoxdur. “Sumqayıt”da qazandığımız nəticələr həmişə xoş xatirə kimi qalacaq. Normal münasibətlərimiz var.
- Millimizin Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə üzücü məğlubiyyətləri ilə bağlı nə düşünürsünüz?
- Bu gün hamı millidən danışır. Hamı da buna məcburdur. Çünki bu, əsas millimizdir, heç kim kənara çəkilə bilməz. Acı məğlubiyyətlər almışıq. Düzdür, rəqibləri də qeyd etmək lazımdır, amma nə qədər güclü olsalar da, o demək deyil ki, bu cür məğlub olmalıydıq. Demək ki, zəifik, nələrdəsə artırmalıyıq. Bunu qəbul etməliyik. Bu artımlar planlı şəkildə olmalıdır. Ola bilər ki, vaxt aparsın. Amma nəsə bir işıq ucu görəndə bunu azarkeş də qəbul edir. Çətin mövzudur, danışılası çox söz yoxdur. Amma bütün futbol adamları diskussiyada öz fikirlərini deməlidirlər. Nəyəsə ümid etmək istəyirik. Bu gün millimizin heyəti son illərdəki ilə müqayisədə ən yaxşısıdır. Hər mövqedə rəqabət var. Əvvəl bir hücumçu tapa bilmirdiksə, bu gün ön xətdə 4-5 oyunuçumuz var. Premyer Liqadakı bombardirlər azərbaycanlılardır. Bu, sevindirici haldır. Əvvəl millidə Rauf Əliyevdən başqa hücumçu yox idi. Alternativ tapmaq olmurdu. Bu gün Musa Qurbanlını, Renat Dadaşovu, Ramil Şeydayevi qeyd etmək lazımdır. Mahir Emrelimiz var. Onlar milliyə çox xeyir verə bilərlər. Heyətimiz yaxşıdır. Nələrsə çatmırsa, buna baxmaq lazımdır.
- Bəlkə yaxşı baş məşqçi çatmır?
- Mən səbəbi təkcə məşqçidə görmürəm. Bu gün ardıcıl iki oyun uduzmuşuqsa, təkcə məşqçinin adını çəkmək düzgün deyil. Mən ümumən deyirəm. Bu gün çempionatımızın səviyyəsi yüksəlməkdədir. Ölkə xaricində oynayan futbolçularımızın sayı artmalıdır. Millimizdə ən azı legioner həyatı yaşayan 7-8 futbolçu olmalıdır. Ən əsası millimizdə bir sistem olmalıdır. Futbolçularımızın real gücünü qiymətləndirmək lazımdır ki, İsveçə, Belçikaya qarşı necə oynamalı olduğumuzu bilək. Kənardan çox danışırıq. Bəzən deyirik ki, niyə hücum futbolu oynamırıq, qol vurmuruq. Amma bunları deyəndə fikirləşmək lazımdır ki, biz Belçikaya, yaxud da İsveçə qarşı o futbolu sərgiləyə biləcəyikmi? 4-5 ildə bunları düşünmək lazım idi. İsveçə baxın, topa sahib olmaqda biz onlardan üstünük. Qapıya zərbələrimiz də az deyil. Amma nəticədə onlar bizə 5 qol vurub. Çünki onların oyun sistemləri var. Neçə ildir bu cür davam edirlər. Norveçə, Macarıstana baxaq. Son 4-5 ildə Macarıstan millisində nə qədər inkişaf görünür. Eyni məşqçi, eyni sistemlə davam edirlər. Demək ki, bir sistemin üzərində işləsək, 3-4 ildən sonra nəticə gələ bilər.
- Demək istəyirsiniz ki, iki oyunda qapımızdan 9 qol buraxmağımız bu günün problemi deyil?
- Əlbəttə. Futbolda istənilən məğlubiyyət ola bilər, normaldır. Bu gün “Barselona” da böyük hesabla uduzur. Həqiqətən də bunlar qaçılmazdır. Biz millimizin yoxlama oyunlarındakı qələbələrindən sonra komandadan çox şey gözləməyə başladıq. Deməli, bu yoxlama oyunları bizi aldadıb.
Bu gün bizdə Şahruddin Məhəmmədəliyev zədələnəndə düşünürük ki, qapıya kimi qoyaq. Bu, olmalı deyil. Bizim ikinci qapıçımız da hazır olmalıdır və inanmalıdır ki, ona güvənirlər. Məsuliyyəti üzərinə götürə bilən 2-ci qapıçımız da olmalıdır. Deməli, yoxlama oyunlarında o qapıçılara güvənmək lazım idi. O da hiss edərdi ki, milliyə çox lazımdır. Yoldaşlıq görüşlərində sırf nəticəni düşünmək səhv addım olub. Bu gün sağ cinah müdafiəçimiz zədəli olanda kiməsə güvənə bilmirik. Niyə? Yəni bu kimi çox şeylər var. Məsələyə bu tərəfdən yanaşmalıyıq.
- Baş məşçi De Byazinin oyun sistemi çox tənqid edilir. Bu barədə sizin fikriniz necədir?
- Əsas odur ki, məşqçi futbolçudan nə istəyir. Bu gün “Mançester Siti”də belə bir sistem var. Sol cinah müdafiəçisi irəliyə getmir, ancaq arxada qalır. Onun qarşısında olan futbolçuya hücumda daha yaxşı çıxış etməyə şərait yaradılır. Yəni bu cür sistemlər var. Amma gərək futbolçunu buna hazırlayasan, o bilə ki, nə etməlidir. Bu gün müdafiənin cinahında Amin Seydiyev, Məqsəd İsayev oynaya bilər. Maksim Medvedevin özünü deməliyik. Həmişə millidə təcrübəli futbolçulara hörmətlə yanaşmaq lazımdır. Çünki birdən-birə millinin kapitanlarını kənara atmaq olmaz. Sanki onların varlığı ilə yoxluğu bilinmir. Bu, futbolçulara da təsir edir. Ola bilər ki, bu gün Maksim və Qara öz komandasında az oynasın. Amma onlarla yaxşı formada sağollaşmaq da olardı. Maksim “Qalatasaray”la oyunda göstərdi ki, millidə bir mərkəz müdafiəçisi kimi çıxış edə bilər. Komandada milli ruh da önəmlidir. İkinci qoldan sonra yığmamız sanki təslim oldu. Bu da lider çatışmazlığındandır. Təkcə Emin Mahmudovu qeyd etmək olar ki, 90 dəqiqə əlindən gələni etmək istəyir. O da tək qalıb. Digərləri gəncdir. Amma onlar da yaxşı çıxış edirlər. Bu gün biz 20 qolla çempionatımızın bombardiri olan Musa Qurbanlıya necə gənc deyə bilərik? Biz Cəlal Hüseynova necə gənc deyə bilərik ki, “Şamaxı”da uzun müddətdir sabit çıxışı ilə seçilir. Yəni bunlara gənc deməklə də özümüzü aldatmayaq. Artıq onların təcrübələri var. Ona görə deyirəm ki, millimizin heyət baxımından yaxşı dövrüdür. Bu gün “Qarabağ”da Elvin Cəfərquliyev var ki, çox yaxşı çıxış edir. Hətta Avropada oynayacaq futbolçulardandır. Bu gün o, milli komandada həmin oyunu sərgiləyə bilmir. Aleksey İsayev fikrimcə, Azərbaycan çempionatının ən yaxşı futbolçusudur. Amma milli komandada o oyunu sərgiləyə bilmir. Bunlardan danışmaq lazımdır ki, niyə futbolçularımız milli komandada özlərinə inanmırlar? Niyə güclü rəqiblərlə qarşılaşanda problemlərimiz çox olur? Yəni bu gün məğlub olublar deyə futbolçularımızı silmək düzgün olmaz. O gənc dediyimiz futbolçular 10-12 il millimizin şərəfini qoruyacaqlar. Onları bu durumdan çıxarmaq lazımdır.
- Musa Qurbanlının adını çəkdiniz. Maraqlıdır ki, çempionatımızın bombardirinə, yəni ən azından özünə inamlı olan bir hücumçuya lazımi qədər şans verilmədi.
- Biz hamımız indi kənardan bir azarkeş kimi danışırıq. Hərəmizin bir fikri var. Futbolun marağı da ondadır ki, oyuna baxandan sonra peşəsindən asılı olmadan hər kəs futboldan danışır. Bu, normal haldır. Fikirlər üst-üstə düşə də, əksinə də ola bilər. Biz bu gün deyə bilmərik ki, De Byazi niyə Musanı oynatmır. Bəlkə də rotasiya etmək olardı. Çünki futbolçularımız sıx qrafiklə güclü rəqibə qarşı oynayırdı. Bəli, İsveçlə oyunda tam rahatlıqla Musa Qurbanlıya şans vermək olardı. Hətta əsas heyətdə meydana çıxmalı idi. Yenə də bunlara millinin məşqçiləri qərar verir. Oyundan əvvəl onların planı olmalı idi. Məsələn, Elvin Camalov ikinci oyunda rahat oynaya bilərdi. Çünki Almeyda ilk oyunda çox yorulmuşdu. Bu gün çox şeydən danışa bilərik. Amma bunlar sadəcə olaraq bizim fikrimiz olacaq.
- Millimizin baş məşqçisi Canni De Byazinin istefaya göndərilməsi gündəmə gələndə onu əvəzləyə biləcək yerli mütəxəssislər arasında sizin də adınız çəkilir.
- İlk öncə bizim mediaya təşəkkür düşür ki, yerli məşqçilərə inamları var. Bu, yaxşı haldır. Demək ki, yerli məşqçilər hansısa inamı qazanıb. Amma media və futbol adamları məşqçi təyin etmir. Gərək yerli mütəxəssislərə məşqçini təyin edənlər inansın. Əlbəttə, yerli məşqçiyə güvən olsa, niyə də əl-ələ verib nəticə qazanılmasın. Düzdür, millidə nəticə əldə etmək çox çətindir, amma sistemli şəkildə işləmək olar. Qeyd etdiyim kimi, bu, AFFA rəhbərliyinin qərarıdır. Gözləyək. Əsas odur ki, millimiz bu durumdan çıxsın.
Ramiq Ağaməmmədov
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə
“İnter” 1/8 finalda uduzdu - Dünya çempionatı
“Qəbələ” təlim-məşq toplanışına start verdi
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"