"Barselona"nın hücumçusu Ansu Fatinin atası Bori Fati oğlunun Kataloniya klubundakı durumundan narahatdır.
Qol.az "Metro"ya istinadən xəbər verir ki, o, oğlunun az oyun şansı verildiyinə görə komandadan gedə biləcəyinə eyham vurub:
"Ansu "Barselona"dan ayrılmaq istəmir, amma mən onun uğur qazanmasını istəyirəm. Mən daha stadiona getməyəcəyəm, kluba çox əsəbiləşmişəm. Bir aydan sonra mütləq Xorxe Mendeşlə ( Ansunun agenti - red.) görüşəcəyik .
Ansunun bu qədər az oynaması məni narahat edir. Söhbət La Masiyadan çıxan İspaniya millisinin üzvündən gedir. O, daha çox şeyə layiqdir. Xavi niyə Ansunu oynatmır, bilmirəm. Öz izahı olmalıdır. Xavi həmişə Ansunun kumiri olduğu üçün oğlumun mənim belə danışmağımdan xoşu gəlmir. Amma mən bir ata kimi çox əsəbiləşirəm.
Ansuya demişəm ki, vəziyyət dəyişməsə, "Barselona"dan getməlidir. Amma Ansu bu məsələdə mənimlə razılaşmadığını deyir, qalmaq istəyir. Məndən asılı olsaydı, sabah Barselonanı tərk edərdim. Ancaq Ansu mənə səhv etdiyimi bildirir"
Bori Fati sosial şəbəkədəki hesabında da “Barselona”nı izləməyi dayandırıb və “Bavariya”ni izləməyə başlayıb.
Qeyd edək ki, Fati 2019-cu ildən "Barselona"nın əsas komandasının üzvüdür. 20 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya klubunda ümumilikdə 38 oyuna 6 qol vurub, 3 qol ötürməsi edib.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi