Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az saytına müsahibə verib. O, ötən gün keçirilən "Qarabağ" - "Qalatasaray" xeyriyyə oyunu (1:2) ilə əlaqədar sualları cavablandırıb.
- Yunis bəy, ümumilikdə oyun haqda təssüratlarınız necədir?
- Bu oyun çox möhtəşəm idi. Bilirsiniz ki, Azərbaycanda Türkiyənin bütün klublarının azarkeşləri var. Elə gördünüz ki, "Qalatasaray"ın nə qədər azarkeşi gəlmişdi. "Qarabağ" bizim hamımızın sevimli komandasıdır. Gözəl matç keçdi. Həqiqətən də millinin məğlubiyyətini heç olmasa, dünən bir az unutduq. Məzmunlu, yaxşı oyuna şahidlik etdik. Dünənki oyun haqqında çox xoş təssüratlarım var.
- Təbii ki, bu görüş xeyriyyə oyunu olması xüsusi bir anlam daşıyırdı...
- Razıyam. Bütün azarkeşlər oyundan həzz aldı. Bu matçın gəliri də zəlzələdən zərər çəkənlərə ayrıldı.
- Sizcə, gələcəkdə də belə yoxlama oyunlarını keçirmək olarmı?
- Mənə elə gəlir ki, bu cür oyunlar çox keçirilsə, daha yaxşı olar. Hər bir komandamız Türkiyənin tanınmış komandaları ilə oynasa. xoş olardı.
- Bəs, komandaların çıxışı baxımından oyun necə keçdi?
- Sırf oyuna baxanda "Qarabağ" "Qalatasaray"ı 3-4 top fərqi ilə udmalı idi. O qədər imkanları oldu ki... Əgər "Qarabağ" həmin şanslardan yararlansaydı, məcə, hesab çox fərqli olardı. "Qalatasaray"ın müdafiə xətti çox boşluqlar verirdi. Amma əfsuslar olsun ki, "Qarabağ"ın öndə oynayan futbolçuları bundan yararlana bilmədilər. "Qarabağ" dünən 100 faiz qalib gəlməli idi. "Qarabağ"ın qapısında o qədər də çox qol təhlükəsi yaranmamışdı.

- Amma "Qarabağ"ın gənc qapıçısı Amin Ramazanov baxımlı seyvlər etdi.
- Amin gənc qapıçıdır. Amma qapıçı seyv etməlidir də. 20 yaşı var. Avropada 20 yaşlı oyunçuları 10-15 milyona satırlar-alırlar.
- Lakin biz Azərbaycan reallığından danışırıq.
- (Gülür). Qapıçı seyv etməlidir də. Bəs, orada niyə dayanıb? Amin gəncdir, yaxşı boyu var, ayaqla yaxşı oynaya bilir. "Qalatasaray"a qarşı yaxşı çıxış etdi. Bu, təqdirəlayiqdir. Amma futbolu nəyə görə oynayırlar? Qapıya hər gələn topu buraxsın? (gülür) Aminin yaxşı gələcəyi var.
- "Qarabağ"ın milli komandalara yollanın 10 futbolçusu yerində olsaydı, matç necə nəticələnərdi?
- Əgər "Qarabağ" öz heyəti ilə oynasaydı, "Qalatasaray"ın bu heyətini sözsüz ki, üstələyərdi.
- Yeri gəlmişkən, siz özünüz də 1990-cı ildə "Neftçi"nin heyətində "Qalatasaray"a qarşı oynamısınız...
- Bəli (gülür). O oyun 2:2 hesabı ilə başa çatmışdı. 90+7-ci dəqiqəyə qədər biz 2:1 hesabı ilə öndə idik, hakim matçı yekunlaşdırmırdı. Axırda da qapımıza penalti təyin etdilər, hesab 2:2 oldu.
- Dünən "Qarabağ"ın qapısına təyin olunan penalti epizoduna görə narazı qalan azarkeşlər olub. Yoldaşlıq oyunu olsa da, sizcə, Əliyar Ağayev yanlış qərar verdi?
- Epizoda baxdım. Məncə, vəziyyət 50-50-yə idi. Deyim ki, 100 faiz penalti var idi, yox. Bilirsiniz nəyə görə? Çünki ayağa o qədər də toxunuş yox idi. Penalti verilməyə də bilərdi. Amma rəqib türk qardaşlarımızdır də (gülür). Bu, yoldaşlıq oyunudur. Rəsmi matç olsaydı, bəli, mübahisəli epizod olardı. Dərinə getmək lazım deyil (gülür). Arabir hədiyyə lazımdır.
Nur Zeynalova
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı