“Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşada Sadiqovun Qol.Az saytına müsahibəsi
- 2010-cu ili özüm üçün uğurlu qiymətləndirirəm. Ölkə çempionatında üçüncü yeri tutduq, ardında gözəl Avroliqa təəssüratları oldu. 2009-cu ildə iki mərhələ adlamaqla Avropada pley-off oynamışdıqsa, bu dəfə üç mərhələ keçərək orada yarışdıq. Başqa sözlə, 2010 mənim futbolçu karyeramda bəlkə də ən uğurlu il oldu.
- Amma ilin son aylarında milli komandaya dəvət almadın.
- Birinci dəfə millidən kənarda qalanda bu, mənə pis təsir etmişdi. Amma sonra anladım ki, biz peşəkarıq. Bu mənada, çox fikir eləmədim və bütün diqqətimi klubuma yönəltdim. Amma əlbəttə, yenidən millidə oynamaq istəyirəm.
- Bu il üçün hədəfin nədir?
- İlk növbədə “Qarabağ”la çempion olmaq. Son dəfə “Neftçi”nin tərkibində qızıl medallar qazanmışam. Bundan sonra gümüş, bürünc medallar, kubok... Amma nöbbəti dəfə də çempionluğu yaşamaq istəyirəm.
- “Qarabağ”ın bu il çempion olacağı nə dərəcədə realdır?
- Lider “Neftçi”dən bizi səkkiz, ikinci pillədəki “Xəzər Lənkəran”dan isə yeddi xal ayırır. Rəqiblərimiz qarşıdakı oyunlarda xal itirsələr və biz də qələbə qazansaq, onlara yaxınlaşağıq. Bundan sonra isə ilk altılıqda həlledici oyunlar başlayır. Bu mənada, xal ehtiyatımızı genişləndirmək üçün yaxşı imkarlarımız var.
- “Neftçi”dən söhbət düşmüşkən, bir ara bu komandaya transferinlə bağlı məsələ gündəmə gəlmişdi.
- Düzdür, təkliflər var idi. “Neftçi”nin hazırkı rəhbərliyi ilə əla münasibətlərimiz var. Həmin komandadan yaxşı təklif alsam də, qəbul etmədim. Çünki nə qədər ki, Qurban Qurbanov “Qarabağ”dadır, mən bu komandadan ayrılmayacağam. Açığı, “Qarabağ”da qalmağın başlıca səbəbkarı Qurban müəllimdir. Klubumuzun rəhbərliyi də mənə yaxşı münasibət göstərir. Bu amillərə görə “Qarabağ”dan getmərəm.
O vaxt “Neftçi”dən çıxarılandan sonra Qurban müəllim mənim əlimdən tutdu, “Qarabağ”a gətirdi. Mən yediyim çörəyi tapdamaram.
- Səni Azərbaycan futboluna tanıdan “Neftçi” olub. Bu komandanın həyatındakı xüsusi yeri danilmazdır. Hazırkı “Neftçi” rəhbərliyi ilə əvvəlkilər arasında nə kimi fərqlər var?
- Sadıq Sadıqovla çox yaxınıq. Əkbər Hacıyevin dövründə pis oynamırdıq, İntertoto kubokunda iki mərhələ adladıq. Sonra baş məqşçi dəyişikliyi oldu. Hər şey də bundan sonra başladı. Kənardan bəzi adamlar Əkbər müəllimi qızışdırdılar ki, güya biz komanda daxilində nəsə etməyə çalışırıq. Gedenin gəlişindən sonra isə bəzi adamlar açıq-aşkar “Neftçi”nin dağıtmağa çalışdılar. “Neftçi”nin millinin üzvü olan 5-6 futbolçusu da daxil olmaqla, 8 nəfəri komandadan çıxardılar.
- Sizin qruplaşma yaradığınız iddia olunurdu...
- Bu, necə qruplaşma ola bilər ki, hər bir məşqçinin dövründə nəticə verirdik? Ən pis halda üçüncü yeri tutmuşduq, Avropada mərhələ adlamışdıq. Bəzi kənar adamlar “Qarabağ”da da qruplaşma olduğunu iddia edirdilər. Bilirsiz, hardakı uğur var, bələ yersiz söhbətləri ortaya atacaqlar.
- Bayaq Qurban Qurbanovdan danışdıq. Belə çıxır ki, Qurban müəllim “Qarabağ”dan getsə, bu komandada qalmayacaqsan?
- Əgər o, getdiyi komandaya məni də dəvət edərsə, məmnuniyyətlə bu təklifi qəbul edərəm.
- “Neftçi”dən başqa daha kimlərdən təkliflər var idi?
- Ötən il “Tvente” ilə oyundan sonra Vaqif Cavadovla birgə məni də bu holland klubuna dəvət etmişdilər. Məşqçilər kömək etməyim üçün “Qarabağ”da qalmağımı istədilər. Ona görə də məni komandada saxladılar. Bəlkə də ora getməməyim daha yaxşı oldu. Gedərdim, mənim də oyunumuz alınmazdı.
- Bayaq dedin ki, 2010 sənin futbol həyatında ən yaxşı il olub. Amma adın ölkənin ən güclu futbolçuları arasında yer almadı.
- Bu, mənə pis təsir etdi. Orada ilk onluqda elə futbolçuların adları var idi ki, görəndə təəccübləndim. Axı, onlar klublarında heç bir şeyə nail ola bilməmişdilər. Mən isə ən azı “Qarabağ”la birgə Avropada üç mərhələ adlamışdım.
- Ozün seçimlərdə nəyi gözləyirdin?
- İlk üçlükdə, ən pis halda isə ilk beşlikdə olacağımı.
- O zaman yaqin ki, 2011-ci ildə ən yaxşi futbolçu olmaq sənin əsas məqsədlərindən biridir.
- 2009-cu ildə namizədlər sirasındaydım. Həmin il iki mərhələ adlayıb Avropada pley-offa qəfər getdik. Bu il isə yuxarıda söylədiyim kimi, əsas hədəfim çempion olmaqdır. Həm də bəlkə belə olarsa, seçimlər də deyişər. Nəhayət, bu il Avropa kuboklarının qrup mərhələsində oynamağı arzulayıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi