"Xəzər Lənkəran" makedoniyalı futbolçularla müqavilə imzalayır

"Xəzər Lənkəran" makedoniyalı futbolçularla müqavilə imzalayır
ÖLKƏ FUTBOLU 20 Yanvar 2011 / 11:23 2741
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu heyətini daha 2 futbolçu ilə gücləndirəcək. Qol.Az-ın Makedoniya mətbuatına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi Duşan Saviç və Qeorqi Maysovla müqavilə bağlamağa yaxındır.

Makedoniya millisinin hücumçusu Saviç və "Rabotniçki" klubunun yarımmüdafiəçisi Maysovun yaxın bir neçə gündə "Xəzər Lənkəran"la müqavilə imzalayacağı gözlənilir. Saviçin "Xəzər Lənkəran"ın SUperliqa təmsilçisi "Kasımpaşa" ilə yoldaşlıq oyunundakı çıxışı baş məşqçi Mirça Rednik qane edib. Məhz buna görə də, Rednik hər iki futbolçu ilə rəsmi müqavilə imzalamaq qərarına gəlib.

Qeyd edək ki, "Kasımpaşa"nın 4:1 hesabı ilə qalib gəldiyi oyunda "Xəzər Lənkəran"ın yeganə qoluna məhz Saviç imza atıb.

Daha çox


Son xəbərlər