Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Bakının "İnter" komandası bu mərhələdə Ermənistanın "Mika" klubu ilə qarşılaşıb. Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran "İnter" klubu bu prinspial görüşün də əsas favoriti hesab edilirdi.
Əvvəlcə "İnter"in "Birlik kuboku"nda keçdiyi yola nəzər salaq. Yanvarın 15-də turnirin açılış matçında Qırğızıstan "Neftçi" klubu ilə qarşılaşan "bankirlər" rəqibini 3 cavabsız qolla məğlub edib. Daha sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşıalşan Sxadadzenin yetirmələri bu görüşdən də 3:0 hesablı qələbəylə ayrılıb. Qrupun son matçında isə Moldovanın "İskra-Stal" klubuna 1:0 hesabı ilə qalib gələn "İnter" qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.
Bu mərhələdəki rəqib isə bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, indiyə kimi "Birlik kuboku"nda ermənilərlə 2 dəfə qarşılaşmışıq. 2006-cı ildə keçirilən matçda "Neftçi" ermənilərin "Pünik" klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Bir il sonra isə ermənilər bizimlə görüşdən imtina eədərk Moskvadan qaçmışdılar. Digər təmsilçimiz "İnter" də bu işin öhdəsindən layiqincə gəlib. Son ölkə çempionu "İnter" "Mika"nı 4:0 hesabı ilə məğlub edərək, ermənilərə futbol dərsi keçib. "İnter"in yarımfinaldakı rəqibinin kimliyinə isə "HİK" (Finlandiya) - "Zenit" (Rusiya) oyunundan sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Birlik kuboku"na 2006-cı ildə "Neftçi", 2008-ci ildə isə "Xəzər Lənkəran" klubları sahib çıxıblar. Turnirə ikinci dəfə qatılan "İnter"in isə bu işin öhdəsindən nə dərəcədə gələcəyini isə zaman göstərəcək.
19 yanvar
1/4 final
15:00. "İnter" (Azərbaycan) - "Mika" (Ermənistan) - 4:0
Qollar: Vladimir Levin, 30 (1:0), Girts Karlsons, 35, 60 (2:0 ; 4:0), Dmitri Kruqlov, 50 (3:0)
"İnter": Lomaya, Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.
"Mika": Kasparov, Poqosyan, Tadevosyan, Mİkoyan, Aleks, Mkrtçyan, Voskanyan, Elney, Mandrıçenko, Demel, Beqeryan.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı