“Səbail”in icraçı direktoru Fərəc Əliyevin Qol.az saytına müsahibəsi
- Fərəc müəllim, “Səbail”in qış fasiləsindən sonrakı çıxışı klub rəhbərliyini nə dərəcədə qane edir?
- Dörd oyuna altı xal toplamışıq. İndi bizə bir az çətindir. Çünki yeni baş məşqçi gəlib, ona vaxt lazımdır. Amma nəticə var. Dünən “Zirə” ilə oyunumuz (2:0) da əla alındı. Nəticə də, oyun da istədiyimiz kimi oldu. Ona görə də gələcəyə ümidlə baxmaq olar. İnanırıq ki, həm yaxşı oyun nümayiş etdirə bilərik, həm də nəticələr qazanıla bilər. Şahin Diniyevlə cəmi bir təlim-məşq toplanışı keçmişik. Allah qoysa, “qara zolaq”dan çıxarıq.
- Şahin Diniyevin gəlişindən sonra komandada dəyişiklik görürsünüz?
- Bəli, oyun baxımından fərq hiss olunur. Elə nəticə də pis sayılmamalıdır. Amma hələ ki, vaxt lazımdır. Dörd oyundan sonra nəsə demək çətdindir. Ümumi götürsək, qaneedicidir. Həm də ki, dünən komandanın oyunu xoşumuza gəldi. Əsas olan da oyundur. Açığı, biz bu vəziyyətdə birinci nəticəni fikirləşməliyik, amma oyunu da yaddan çıxarmamalıyıq. Mənə görə, qış fasiləsindən sonra ən yaxşı oyunumuzu dünən oynadıq.
- Vaxt lazım olduğunu dediniz. Dünən “Zirə” ilə oyundan sonra Şahin Diniyev bildirdi ki, lazım olan müddət keçdi və bundan sonra yaxşı nəticələrin olacağına inanır.
- Biz də buna inanırıq. Oyundan əvvəl də Şahin müəllimlə danışırdıq, sonra da 24 saat telefonla da əlaqədəyik. Tez-tez görüşürük. Rəhbərlik tərəfdən nə lazımdırsa, olunur. Şahin müəllimə də təşəkkür edirik ki, qısa bir zamanda komanda həm oyun göstərə bilir, həm də xallar toplayır.
- Mövsümün əvvəlində komandanın qarşısına hansı hədəf qoyulmuşdu və indi hansı məqsəd üçün çalışırsınız?
- Bizim elə də böyük hədəfimiz yox idi ki, avrokuboklara çıxaq, yaxud da Azərbaycan kubokunun finalında oynayaq. Yayda yeni baş məşqçi gəlmişdi. Komanda 80 faiz yeni futbolçulardan ibarət idi. Yəni sıfırdan başlamışdıq. Ona görə də elə böyük məqsədlər yox idi. İstəyimiz o idi ki, yaxşı oyun nümayiş etdirək, hər bir komandaya qarşı layiqli mübarizə aparaq.
- Şahin Diniyev təyinatından sonra bildirmişdi ki, klub rəhbərliyinin çox iddialı olması məni yaxşı mənada təəccübləndirdi…
- Düzdür, futbolda yerdəyişmələr olur. 10-cu yerdə də ola bilərik, 5-də də. Nə qədər oyun olacaqsa, qələbə istəyəcəyik. İndi kubokda yarımfinaldayıq. Təbii ki, finala çıxmaq istəyirik. Finala çıxanda da kuboku qazanmaq istəyirsən.
- Kubokdan söz düşmüşkən, komanda yarımfinaldadır. Yəqin ki, hazırda Premyer Liqada 9-cu pillədə olan “Səbail”in bütün ümidləri Azərbaycan kubokunda yaxşı nəticə qazanmağadır. Bu turnirdəki şanslarınızı necə görürsünüz?
- Biz ilk dəfədir yarımfinala çıxırıq. Kubokda proqnoz vermək çox çətindir. İstənilən nəticələr qeydə alınır. Məsələn, biz “Sabah”ı keçib yarımfinala çıxdıq. “Qəbələ” “Qarabağ”ı keçib bizə rəqib oldu. Ona görə də nəsə demək olmur. Bizim də şansımız var, “Qəbələ”nin də. Hər şey ola bilər. İndi kuboka hazırlaşırıq. Düz qeyd etdiniz ki, kubokda yaxşı şansımız var. Eyni zamanda “Qəbələ” də hazırlaşır. Onlar da bizim kimi istəklidir. Amma komandaya inanırıq. Futbolçular da özlərinə güvənir. Hələ ki, kubok oyunlarına vaxtımız var. Düşünürəm ki, ona qədər Premyer Liqada daha yaxşı nəticələr qazana bilərik. Bu da komandada özünəinamı artırar.
- “Səbail” xeyli müddət maliyyə çətinliklərindən əziyyət çəkib. İndi klubda durum necədir?
- Keçən il ASKO baş sponsor gələndən bizdə heç bir problem yoxdur. Maaşlar, bonuslar hamısı qaydasındadır. Stadionumuzda nə qədər işlər görülüb. Soyunub-geyinmə otağı Avropa standartlarına uyğundur. Yemək, yatmaq yeri, hər şey əladır. Sponsorumuz sağ olsun ki, əlindən gələn hər şeyi edir. Bizdə heç bir problem yoxdur.
- Neçə vaxtdır vəziyyət düzəlib?
- Keçən ilin fevral-mart aylarından belədir. Ondan əvvəl bizdə maaş problemləri olurdu. İndi elə bir şey yoxdur.
- Amma indi büdcə normal olsa da, komanda son pillələrdədir, hələ ki, sabit çıxış etmir.
- Biz Şahin müəllimə güvənirik. İnanıram ki, mövsümün sonunda yaxşı nəticə də olacaq. Gələn mövsüm isə bundan daha yaxşı olmalıdır.
- Gələn mövsüm üçün planlarınız nədir? “Səbail”in tarixi çox olmasa da, artıq ölkəmizi avrokuboklarda təmsil edib. Yenidən bunu etmək üçün istəklisiniz?
- İndi əsas bu mövsüm haqda düşünürük. Premyer Liqada daha yuxarı pillələrə qalxmalıyıq. Kubokda da yaxşı nəticə qazanmaq istəyirik. Sonra gələn mövsümün də planlarını açıqlayarıq. İndi sırf bu mövsümün oyunlarını düşünürük.
- “Səbail” qış fasiləsində 2 legioner, bir yerli oyunçu transfer etdi. Baş məşqçi özü bu qədər oyunçu istəmişdi?
- Biz heç vaxt baş məşqçinin işinə qarışmırıq. Nə qərar verirsə, çalışırıq ki, onu icra edək. Yeni transferlərimizdən David Qomes dünən qol vurdu. U-21 millimizin üzvü Mirəli Əhmədovu “Şamaxı”dan icarəyə götürdük. Çox perspektivli oyunçudur. Macarıstanın “Uypeşt” klubundan icarəyə götürdüyümüz Matiya Lyuyiç də dünən meydana çıxdı. O da özünü göstərə bildi.
Ramiq Ağaməmmədov
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı