Premyer Liqanın oyunlarına hazırlaşan "Qarabağ" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Bugünkü hazırlıq prosesindən sonra "Qarabağ"ın və millinin hücumçusu Rauf Əliyev Qol.Az-ın suallarını cavablandırıb
- Antalyadakı hazırlıq prosesiniz necə gedir?
- Artıq dörd gündür ki, məşqlərə başlamışıq. İlk günlər hazırlıq yüngül idi, indi isə get-gedə çətinləşir. Hər şey yüksək səviyyədədir. Dünən test verdik. Bundan sonra məşqlərimiz daha ağır olacaq. Amma bütün bunlara baxmayaraq, qış fasiləsində çempionata yaxşı hazırlaşmaq lazımdır ki, uğurlu nəticələr əldə edə bilək.
- Dünənki testin səninlə bağlı nəticələri necə oldu?
- Düzdür, bu haqda məşqçilər bizə nəsə demir Amma mən özüm normal qiymətləndirirəm.
- Qarşıdakı rəsmi yarışlara yüksək səviyyədə hazırlaşdığınızı dedin. Bütün bunlardan sonra komandanız çempionatda nəyə ümid edə bilər? Həm də nəzərə alaq ki, zədəli futbolçularınız sıraya dönüb, komandanıza bir neçə yeni oyunçunun cəlb olunması gözlənilir…
- Hələlik bizim başlıca məqsədimiz qarşıdakı üç oyunda qalib gəlib ilk altılığa düşməkdir. Bundan sonra isə yüksək yerlər, avrokuboklarda oynamağa imkan verən vəsiqə uğrunda yarışacağıq. Amma bilməz olmaz, oyunların gedişatından asılı olaraq, çempion adını da qazana bilərik. Yadınızdadırsa, ötən mövsüm bizim adımız çempionluğa namizədlər sırasında yox idi. Amma biz yalnız turda, «Neftçi»ylə qarşılaşmada iki mühüm xal itirərək bu şansı əldən verdik. Demək istəyirəm ki, hələ «Qarabağ»ı siyahıdan silmək tezdir.
- Amma yəqin ki, sən özün də "Neftçi" və "Xəzər Lənkəran"ı çempionluğa əsas namizəd sayırsan.
- Turnir cədvəlinə baxanda çempionluq uğrunda yarışın bu iki komanda arasında getdiyi görürük. Hərçənd, bir daha təkrar edirəm, adımız siyahıda olmasa da, ötən il biz yalnız son turda çempionluq şansını buraxdıq.
Biz çempionata yaxşı hazırlaşmılıyıq. Futbolda şans da yaxşı şeydir.
- Bəs ilk altılıqdan hansı komandanın kənarda qalacağını düşünürsən?
- Mənim üçün kimin orada qalacağı və ya gedəcəyinin önəmli deyil. Əsas fikrim öz komandamıza yönəlib. Düzdür, çoxları bizim artıq ilk altılıqda yerimizi təmin etdiyinə desə də, hələ tələsmək lazım deyil. «Qarabağ», «Qəbələ» və «Bakı»… Bu üç komandadan hər birinin final mərhələsinə ilk altıqda başlamaq şansı var. Qarşıdakı turda bizi «Qəbələ» ilə çətin oyun gözləyir.
Bu mənada, hələlik mənim ilk altılığı kimin tərk edəcəyilə bağlı konkret namizədim yoxdur.
- Uzun müddət zədədən əziyyət çəkən Əfran İsmayılovun məşqlərə başlamasına yəqin ki, ən çox sevinənlərdən də biri sənsən. Axı, oyunda onunla yaxşı anlaşırsan.
- Demək olar ki, Əfranın sıralarımıza dönməsi bizim üçün yeni transferdir. Onun birinci dövrədə bizimlə olmaması üzücü idi. Əfranın qayıtması həm məni, həm də komandamızı sevindirir. Mənə yaxşı ötürmələr verir. İnanıram ki, qarşıdakı oyunlarda da bir-birimizi gözəl başa düşəcəyik.
- Artıq bu çempionatda yeddi dəfə fərqlənə bilmisən. Bu çempionatda konkret hədəfin nədir, neçə qol vurmaq istəyirsən?
- Hücumçunun vəzifəsi hər oyunda rəqib qapısına yol tapmaqdır. Mənim də maksimum vəzifəm elə budur. Bu, həm özüm, həm də komandam üçün yaxşı olar. Düşünürəm ki, yeddi qol hələ azdır. Nə qədər çox qol vursam, bir o qədər yaxşı olar.
- Amma razılaş ki, bombardirlər siyahısında birinciliyi ələ keçirmək şansın çox azdır.
- Əlbəttə. Birdə ki, mənim indiki məqsədim ən yaxşı bombardir olmaq yox, daha çox qol vurmaqdır. Bacardığım qədər də bunu etməyə çalışıram.
- Yeri gəlmişkən, bir hücumçu kimi çempionatın bombardiri olan Bahadır Nəsimov haqda fikirlərin maraqlı olardı.
- Dediyim kimi, hücumçunun işi qol vurmaqdır. Əgər o bombirdirdirsə, deməli, işinin öhdəsindən gəlməyi bacarır.
- Bir neçə gün sonra "Qarabağ"ın düşərgəsindən ayrılaraq millinin təlim-məşq toplanışına gedəcəksən. Qısa bir müddətdə fərqli məşqçilərlə işləmək sənə çətin olmayacaq ki?
- Biz artıq çətinliyə öyrəşmişik. Futbolçuyuq, məşqçi tapşırığını verirsə, yerinə yetirməliyik. Düzdür, birdən-birə fərqli mühitə düşmək sıxıcı olur. Həm də millinin toplanışından sonra çempionatın oyununa qısa vaxt qalacaq. Amma nə etmək olar...
- Hazırda yüksək formada olsan da, millidə hələ də qol vura bilməmisən.
- Bu, mənə çox təsir edir. Mənim əsas məqsədlərimdən biri də milli komandamızda qol hesabımı açmaqdır. Həm də bəzilərini susdurmaq üçün bunu mütləq etməli, qol vurmalıyam.
- Bunun üçün Belçika ilə "Avro-2012"nin qarşıdakı rəsmi oyunu yaxşı bir şansdır…
- Fərq etməz, rəsmi və ya yoldaşlıq oyunu. Amma təbii ki, güclü komandalarla oyunda fərqlənmək istərdim. Əsas odur ki, ilk növbədə məşqçinin etimadını doğruldub milliyə dəvət alım, sonra isə qol vurum.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi