Hamit Altıntop: "Bakıda qalib gəlməli idik"

Hamit Altıntop: "Bakıda qalib gəlməli idik"
ÖLKƏ FUTBOLU 12 Yanvar 2011 / 12:13 2420
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan millisinə vurduğu möhtəşəm qolla "Ferents Puşkaş" mükafatına layiq görülən Türkiyə yığmasının və "Bavariya"nın aparıcı futbolçusu Hamit Altıntop verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi internet saytına müsahibə verən Altıntop Türkiyə millisinin qrupdakı şanslarını dəyərləndirib: " Milli komanda olaraq seçmə mərhələyə çox yaxşı başladıq. İlk iki oyunda qalib gəlsək də, ardından Almaniya millisinə məğlub olduq. Təbii ki, bunu normal qarşılamaq lazımdır. Çünki biz dünya üçüncüsünə qarşı səfərdə oynayırdıq. Lakin Azərbaycana məğlubiyyət isə bizi şok etdi. Həmin oyunda qalib gəlməli olsaq da, biz bunu bacarmadıq. İndi isə qarşımızda daha 6 oyun var. Bu oyunların hamısında qalib gələrk qrupda ən azı ikinci olmaq istəyirik. Hiddink işini bilən və çox təcrübəli bir mütəxəsis olduğu üçün ona güvənimiz sonsuzdur. Lakin onun da bizi daha yaxşı tanıması üçün bir qədər vaxta ehtiyacı var. Mən inanıram ki, Hiddink bizi növbəti oyunlara daha yüksək səviyyədə hazırlamaqla istədiyi nəicəni alacaq".

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu