"Qarabağ" Antalyada 3-cü məşqinə çıxdı

ÖLKƏ FUTBOLU 11 Yanvar 2011 / 15:31 1956
-  A +

Ağdamın "Qarabağ" klubu Antalyada artıq 3-cü məşqini keçirib. Qol.Az-ın məlumatına görə, günün tək çalışması yerli vaxtla 10:30-da baş tutdu. Yüngül təmrinlər və qaçışın ardından komanda bütün meydan boyu texniki və taktiki xüsusiyyətləri özündə birləşdirən çalışma yerinə yetirdi. Sonra məşqin sonunda futbol baş tutdu. Emin, Aqolli və Samir özlərinə komanda qurdular. Və 3-lü turnir keçirildi. Daha çox təcrübəlilərdən qurulmuş Eminin komandası 1 qələbə və heç-heçəylə turnirin qalibi oldu.
Məşqlər zamanı futbolçuların istəkli və formada olması diqqətlərdən qaçmadı. Xüsusilə, Eminin komandasında Raufun əla formada olması diqqətlərdən qaçmadı. Rauf eyni zamanda daim zarafatlarıyla da məşqə rəng qatırdı. Qısa turnir zamanı komandanın gənc istedadı Tural İsgəndərovun vurduğu 2 əsrarəngiz qolla yadda qaldı.
Artıq komandamızın sonuncu legioneri Admir Teli də məşqlərə başladı. Komandanın düşərgəsinə bir gün gec qoşulan albaniyalı bu gün zədəli Rəşad Kərimovla ayrılıqda, qaçaraq məşq etdilər.
Bu gün komandamıza eyni zamanda yeni futbolçu qoşulub. Azərbaycanın istedadlı futbolçularından sayılan İqlar Qurbanov mövsümün sonuna qədər `Qarabağ`lı olacaq. Son klubu "Mersin İdman Yurdu" olan 25 yaşlı yarımmüdafiəçi dünən gecə komandamızın düşərgəsinə qoşuldu və bu gün ilk məşqinə çıxdı.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu