Bülənt Qorxmaz: "Neftçi"nin Azərbaycanda ən çox sevilən komanda olduğunu gördüm"

Bülənt Qorxmaz: "Neftçi"nin Azərbaycanda ən çox sevilən komanda olduğunu gördüm"
ÖLKƏ FUTBOLU 11 Yanvar 2011 / 14:54 2492
-  A +

Türkiyəli məşqçi Bülənt Qorkmaz Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi"nin rəsmi saytına klub haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, gənc mütəxəssis flaqman haqda xoş sözlər deyib: "Neftçi"nin çıxışlarını televiziya vasitəsi ilə izləyirəm. Komanda bütün planlarda çox xoş təsir bağışlayır. Lider olmağı sübut edir ki, bu klubda işlər düzgün qurulub. Mən Azərbaycanda çalışdığım müddətdə "Neftçi"nin orada ən çox sevilən komanda olduğunu gördüm. Keçən mövsümkü "Neftçi"nin demək olar ki, bütünlüklə yenilənməsi müsbət effekt verib. Klub rəhbərliyinin və məşqçilər korpusunun işini xüsusi vurğulamaq lazımdır. Komandanın heyətinin 50 faizdən çoxunun dəyişdirilməsi böyük bir risqdir. Ancaq görünür ki, yeni "Neftçi" buna hazırmış. İndi sizin komandada istədiyiniz kollektiv qurulub. Komanda bütün komponentlərdə güclü təsir bağışlayır. Emil Mpenza səviyyəsində futbolçunun transfer edilməsi klub rəhbərliyinin çempionluğu necə istədiyini nümayiş etdirir. Bu addımı ancaq alqışlamaq lazımdır. İnanıram ki, "Neftçi" kimi zəngin tarixə malik olan komanda avrokuboklarda öz sözünü deyəcək".

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu