İtaliyanı yenən Azərbaycan yığması 7-ci oldu

İtaliyanı yenən Azərbaycan yığması 7-ci oldu
ÖLKƏ FUTBOLU 9 Yanvar 2011 / 15:40 2226
-  A +

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilən beynəlxalq turnirdə 7-ci yeri tutub. Qol.Az-ın məlumatına görə, millimiz İtaliyanı penaltilər seriyasında yenib.

Əsas vaxt 2:2 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 6-cı dəqiqədə Emmanuello açıb. 41-ci dəqiqədə Ruslan Cəfərov bərabərlik qolunu vurub. 67-ci dəqiqədə italiyalı Verre penaltini dəqiq yerinə yetirib. 72-ci dəqiqədə Aleksandr Qross yenidən hesabda tarazlıq yaradıb. 

Penaltilər seriyasında isə yığmamız daha üstün olub - 5:3. İtaliya millisinin heyətində Konti, komandamızdan isə Ruslan Tağızadə oyunun ən yaxşı futbolçusu sayılıb.  

Qeyd edək ki, turnirdə 8 ölkə mübarizə aparır. Finalda Finlandiya ilə Çin üz-üzə gələcək.  

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu