“Sumqayıt” mövsümdə ilk qələbəsini ötən gün Gəncə səfərində qazandı.
Misli Premyer Liqasının 16-cı turunda “Kəpəz”lə oyunda (1:0) komandaya qələbə qazandıran yeganə qolu Vurğun Hüseynov vurdu. Komandanın kapitanı Qol.az-a müsahibəsində uzun müddətdən sonra qazanılan qələbə və digər məsələlər haqda danışıb.
- Kuboku da nəzərə alsaq, 16 oyundur ki, qələbə qazana bilmirdik. Allah şükür ki, qalib gələ bildik. Əvvəl də buna çox çalışırdıq. Qələbə Gəncə səfərinə qismət imiş. Qırmızı vərəqə almışdıq. 10 nəfərlə qalib gəldik. Qış fasiləsinə qədər iki oyunumuz var. Çalışacağıq ki, maksimum nəticə qazanacaq və sonuncu pillədən qurtulaq.
- Baxımlı qol vurdun. Yəqin sənin üçün ikiqat sevincli oldu.
- Açığı qol vurmağıma görə sevindim. Amma ən çox ona sevindim ki, 15 oyundan sonra qalib gəldik. Çünki bu durumdan çıxmaq istəyirik. Futbolçularla da, baş məşqçi ilə də bu barədə çox damışmışıq. Düşdüyümüz durum heç ürəkaçan deyil. Çalışacağıq ki, bu qələbənin davamını gətirək.
- Qələbəniz çox gec – 16-cı turda gəldi. Bunun başlıca səbəbləri nədir?
- Vallah çox səbəb tapmaq olar. 16 oyun qələbə qələbə qazana bilmiriksə... Elə komandalara qalib gələ bilməmişik ki, adam düşünündə çox təəssüflənir. Bunun günahkarı başda mən olmaqla biz futbolçularıq. Bu qədər uzun müddət qələbə qazana bilməyən komandada başqa adamı günahlandırmaq dügün deyil.
- “Sumqayıt” çempionatda son qələbəsini bu ilin mayında, ondan əvvəlki qələbəsini isə ötən ilin oktyabrında qazanmışdı...
- Dediyim kimi, ele oyunlarımız olub ki, sırf biz futbolçuların səhvindən qalib gələ bilməmişik, yaxud da uduzmuşuq. Oyunu meydançada futbolçu oynamalıdır. Zəif oynadığımıza görə məğlub olmuşuq. Düzdür, yaxşı oyunlarımız da olub, amma fərdi səhvlərdən qollar buraxıb istənilən nəticəni qazana bilməmişik.
- Samir Abasovun Aleksey Baqanı əvəzləməsi nəyisə dəyişib?
- Bəli, Samir Abasov sözünü demiş məşqçidir. Məşqləri, oyun sistemi ilə həmişə seçilib. Ona da bir az vaxt lazımdır. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı olacaq.
- “Sumqayıt” əvvəlki illərdən fərqli olaraq ilk dəfə legionerlərlə çıxış edir. Mövsümün əvəlində heyətə xeyli futbolçu cəlb olunsa da, bu gün komanda sonuncudur. Bəlkə, Aleksey Baqa ilə vaxt çox itirildi?
- Baqa da pis məşqçi deyildi. İndi klubdan gedib deyə haqqında artıq şey danışa bilmərəm. Yaxşı məşqçidir. Belarusda çempion olub. Sadəcə, bizim üçün belə nəticə çox gözlənilməz oldu. Çempionat başlayanda başqa cür düşünürdük, nəticə başqa cür oldu. Yatsaq, yuxumuza da girməzdi ki, bu gün sonuncu olacağıq, 15 tur ərzində qələbə qazana bilməyəcəyik.
- Samir Abasovla Aleksey Baqanın oynatdığı futbolda fərq çoxdur?
- Həqiqtən də məşq və oyun sistemi tam fərqlidir. Baqa bizdən başqa oyun istəyirdi, Samir Abasov bir başqa. Hərəsinin futbola öz baxışı var. Yəqin ki, getdikcə Samir Abasov komandaya əvvəlki oyununu qaytaracaq.
- “Sumqayıtın” infrastrukturu yuxarı pillələrdə olan bir neçə komandadan yaxşıdır. Komandanın xeyli azarkeş kütləsi var. Razısan ki, hazırda yuxarı pillələrdən birində olmalı idiniz?
- Razıyam. Şərait baxımından hər şey yaxşıdır. Təbii ot örtüyü olan stadionumuz, yaxşı bazamız var. Demək olar ki, bu sarıdan heç kimdən geri qalmırıq. Çox yaxşı azarkeşlərimiz var. Hər zaman bizə inanıblar. Onlara təşəkkür edirəm. Təsəvvür edin ki, 16 oyundur qalib gələ bilməyən komandaya inanırlar. Sağ olsunlar ki, həmişə bizim yanımızdadırlar. Məşqlərimizə də gəlirlər. Biz də səhvlərimizi, hansı durumda olduğumuzu bilirik. Onlara demək istəyirəm ki, bir az da səbirli olsunlar, qarşıdakı oyunlarda onları sevindirərik.
- İndi “Sumqayıt” hansı məqsədlər üçün oynayır?
- İndi ancaq sonuncu yerdən qurtulmaq haqda düşünürük. Başqa heç nəyi fikirləşmirik. Bizim heç birimizə bu durum xoş deyil. Şəxsən mən bir kapitan kimi sonuncu yerdə olmağı özümə sığışdırmıram. Adam utanır. Çalışmalıyıq ki, əvvəlcə son pillədən qurtulaq və daha yuxarı yerlərə qalxaq.
Ramiq Ağaməmmədov
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi