Fransa millisinin üzvü Kilian Mbappe dünya çempionatları tarixində rekorda imza atıb.
Qol.az xəbər verir ki, o, buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə matçda (3:1) dubl etməklə nail olub. Nəticədə Mbappe mundialda vurduğu qolların sayın 9-a çatdırıb. Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu dünya çempionatlarında 24 yaşınadək 9 qol vura bilməyib.
Həmçinin Mbappe mundiallardakı qol sayına görə Argentina yığmasının kapitanı Lionel Messiyə çatıb. Belə göstərici üçün Mbappeyə 11, Messiyə isə 23 matç lazım olub.
Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı ilk 4 qolunu Rusiyada keçirilən DÇ-2018-də vurub. Həmin vaxt forvard Fransa millisi ilə dünya çempionu adını qazanıb. Mbappe digər qollarına isə DÇ-2022-də imza atıb.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi