"Dünya çempionatı maraqlı gedir. Hamı 4 il bu turniri gözləyir. Amma məncə, mundialın qışda keçirilməsi futbol azarkeşlərinə o qədər də xoş təsir bağışlamır".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, tarixdə ilk dəfə payızda keçirilən - noyabrın 20-də Qətərdə start götürən DÇ-2022 barədə fikirlərini bölüşüb.
Hüseynov bildirib ki, dünya çempionatının bu vaxt keçirilməsi ürəkaçan deyil: "Məsələn, bu gün "Neftçi"nin də "Qarabağ"la oyunu var. Digər tərəfdən də dünya çempionatı gedir. Arada fərqlər var. Mən öz Premyer Liqamıza da baxmaq istəyirəm, dünya çempionatına da. Dünya çempionatı 4 ildən bir olan şeydir. Əfsuslar olsun ki, payızda keçirildiyinə görə matçlar yerli çempionatla üst-üstə düşür. Bu, xoş hal olmadı. Mən şəxsən bu dünya çempionatından o qədər də həzz almıram. Yayda keçirilən mundialla indiki dünya çempionatı arasına fərqlər görürəm. Bu. mənim öz fikrimdir".

Y.Hüseynov dünya çempionatında yaşanan sensasiyalar barədə də danışıb. O deyib: "Biz Avropa ölkələrinin komandalarının bütün oyunlarını izləyirik. Amma Afrika, Asiya, Latın Amerikasının milli komandalarının oyunlarına baxmırıq. Yəni, oradakı güclü komandaları nəzərdən qaçırırıq. İspaniya, Almaniya, Portuqaliyanı görürük. Fikirləşirik ki, Almaniya mütləq qrupda 1-ci olmalıdır. Çünki bu komanda dünya çempionu olub, onlara "alman maşını" deyirlər. Bu fikirlər bizdə qarşıdakı komandanın oyunlarını izləmədiyimizə görə yaranır. Düşünürük ki, mütləq və mütləq bu komanda qalib gəlməlidir. Amma biz digər komandaları 4 ildən bir görürük. Onların 4 ill əvvəl oynadıqları oyun yadımızda qalır. Sonra da deyirik ki, məsələn, Almaniya Yaponiyanı udmalıdır. Amma indi görürük ki, Yaponiya da həqiqətən gözəl futbol oynamağı bacarır. Bütün ölkələrin milliləri artıq müdafiə olunmağı, yaxşı hücum qurmağı bacarırlar, düzgün taktika qururlar. Ona görə də mən belə fikirləşirəm ki, artıq sensasiyalar ola bilər. Bu, gözləniləndir. Yaponiya İspaniyanı, Kosta-Rika Almaniyanı uda bilər. Dünən az qalmışdı ki, Kosta-Rika Almaniyaya qalib gəlsin. Mən belə şeylərə normal yanaşıram. Nəyə görə Fransa Yaponiyaya mütləq qalib gəlməlidir? Axı, qarşıdakı komandanın da istəyi var. Argentina Səudiyyə Ərəbistanına uduzandan sonra gördüm ki, artıq onlar da püxtələşiblər. Dünya çempionu fərz etmədiyimiz bir ölkə olsa, buna da adi baxacağam".
Mütəxəssis DÇ-2022-də baxımlı oyun nümayiş etdirən komandaların adlarını çəkib: "Braziliya, Fransa, İspaniya baxımlı oyun nümayiş etdirir. Açığı, dünən Kosta-Rika - Almaniya görüşünü izləyirdim. Eyni vaxtda başladığı üçün Yaponiya - İspaniya matçına tam baxa bilmirdim, fasilələrlə izləyirdim. Amma İspaniya Almaniya ilə matçda həqiqətən də gözəl oyun nümayiş etdirdi. Xorvatiya Belçik ilə görüşdə yaxşı təsir bağışladı. Belçikanın imkanları oldu. Onların bu şanslardan yararlanmaması gülməli idi. Ona görə də qrupda qaldılar. Xorvatiya çox yaxşı təsir bağışladı. Onlar da irəliləyə bilərlər. Argentinanın finala kimi irəliləyəcəyinə inanmıram. Amma 1/4 finala adlaya billərlər".
Yunis Hüseynov son vaxtlar hər kəsin sosial şəbəkələrdə paylaşdığı "Dünya Messiyə dünya çempionluğu borcludur" fikrinə də münasibət bildirib: "Bunu yəqin ki, Messinni sevənlər edirlər. İstəyirlər ki, Messi dünya çempionu olsun. Açığı, Messinin oyunu mənim də çox xoşuma gəlir. Amma bu o demək deyil ki, mütləq dünya çempionu olmalıdır. Məsələn, 1986-cı ildə Dieqo Maradona bəlkə də tək başına Argentinanı dünya çempionu etdi. Ona görə ki, o, komandaya ruh verdi. Maradonanın dövründə Argentina millisində çox yaxşı futbolçular da var idi. Həddindən artıq gözəl çıxış edirdilər. Amma bu dəqiqə Argentina millisinə baxıram... Messi əla futbolçudur. Amma iş tək Messi ilə yekunlaşmır. Messi varsa, Argentina dünya çempionu olmalıdır? Messinin ətrafındakı futbolçular da ona yaxın səviyyədə olmalıdırlar ki. milli dünya çempionatını qazanmağa layiq bir komanda olsun. Amma mən indi bunu görmürəm. Kriştiano Ronaldo da dünya çempionu olmayıb, amma Portuqaliya millisi ilə Avropa çempionatını qazanıb. Messini sevənlər istəyirlər ki, o, dünya çempionu olsun. Çünki futbolun bir nömrəli titulu dünya çempionluğudur".
Yunis Hüseynov DÇ-2022-dəki favoritinin Braziliya millisinin olduğunu deyib: "Mən Braziliyaya azarkeşlik edirəm. Düşünürəm ki, Braziliya bu il yaxşı formada olan komandalardan biridir".
Mütəxəssis bildirib ki, finalda Braziliya - İspaniya duelini görmək istəyir: "Qəlbimdən keçən odur ki, finalda Braziliya İspaniya ilə qarşılaşsın. Onların oyununu görmək istəyərəm".
Qeyd edək ki, noyabrın 20-də start götürən DÇ-2022 dekabrın 18-dək davam edəcək. Artıq yarışda Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Yaponiya, İspaniya, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıblar. Bu gün yarışda qrup mərhələsi başa çatacaq və 1/8 finalın son 2 iştirakçısı da müəyyənləşəcək.
Nur Zeynalova
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil