Şefer "Makkabi"nin baş məşqçi postuna namizəd oldu

Şefer "Makkabi"nin baş məşqçi postuna namizəd oldu
ÖLKƏ FUTBOLU 7 Yanvar 2011 / 00:59 2491
-  A +

"Bakı" klubundan istefaya göndəriləcəyi gözlənilən Vinfrid Şefer İsrailin Təl-Əviv şəhərini təmsil edən "Makkabi" komandasına baş məşqçi təyin oluna bilər. Qol.Az-ın İsrail mətbuatına istinadən məlumatına görə, almaniyalı mütəxəssis bu yaxınlarda qovulan Yossi Mizrahini əvəzləməyə əsas namizədlərdəndir. 

2002-ci ildə Kamerun yığması ilə Afrika Millətlər Kubokunu qazanmış Şeferdən əlavə, Portuqaliya millisinin sabiq baş məşqçisi Artur Jorje və İsrailin 21 yaşlılardan ibarət yığmasına rəhbərlik edən Qay Luzon da "Makkabi"nin sükanı arxasına keçə bilər. Yeni baş məşqçi ilinə 500 min avro əmək haqqı alacaq. Yekun qərar tezliklə qəbul olunacaq.  


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu