"Oyunun mahiyətini bilirdik. "Sabah" ən yaxşı komandalardandır. Oyunları ilə hər dəfə bunu sübut ediblər. Buna baxmayaraq futbolçularım sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesabdan asılı olmayaraq onlara təşəkkürümü bildirəcəkdim".
Qol.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
0:1 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı itkilərinin çox olduğunu bildirib: "Son 2, 3 gündə çətin vəziyyətdə idik. Bir neçə futbolçumuz oyuna ağrı ilə çıxmışdı. Onların xarakter nümayiş etmələri məni sevindirdi. İtkilərimiz çoxdur. Bəzi futbolçularımız demək olar 50 faiz hazırdılar, amma oynatmağa məcburuq. Qış fasiləsinədək sıx qrafikə girmişik. Təəssüf ki, Henri də oyunun əvvəllində zədələnərək o sıraya qatıldı. Nə qədər itkilərimiz də olsa futbolçularımızdan bu əzmkarlığı istəyirik. Gənc futbolçularımızın "Sabah" kimi rəqibə qarşı çəkinmədən mübarizə aparmaları məni sevindirir. Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı