“Neftçi”nin hücumçusu Gilyerme Nunez Fernandez Pato Qol.az-a müsahibə verib. Karyerasına Braziliyanın “İnternasional” klubunda başlayan 21 yaşlı hücumçu bu ilin yanvarında Bakı klubuna transfer olunub. O, müsahibəsində "Neftçi"yə uyğunlaşma prosesindən və digər məsələlər haqda danışıb.
- Braziliya çempionatından Azərbaycana... Bu müddət ərzində özünüzdə hansı dəyişiklikləri hiss etmisiniz?
- Yaxşı mənada böyük bir inkişaf görürəm. Braziliyanı tərk edib başqa bir ölkəyə gəlmək mənim üçün böyük mübarizə, çağırışdır. Burada dil, oyun tərzi fərqlidir. Bunların hamısına uyğunlaşmağa çalışıram. Azərbaycanda özümü xoşbəxt hiss edirəm. Dəyişikliklər böyük olsa da, bunların hamısına öyrəşmək hər bir futbolçunun həyatının bir hissəsidir.
- Əksər hallarda baş məşqçi sizi ikinci hissədə meydana daxil edir. Bununla bağlı Regekampfla söhbətiniz olub?
- Əsas məqsədim komandaya fayda verən oyunçu olmaqdır. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Formada olmağım üçün öz üzərimdə əzmlə çalışıram. Bundan sonrası baş məşqçinin və məşqçilər heyətinin verəcəyi qərardan asılıdır. Onlar mənə nə qədər şans versələr, mən də çalışaram ki, bundan maksimum yararlanım və komandaya fayda verə bilim.
- Azərbaycan çempionatında oynamağınızın sizin üçün hansı üstünlükləri oldu? “Neftçi” çıxış etdiyiniz ilk Azərbaycan klubudur.
- Üstünlükləri böyükdür. Ölkəmi tərk edib Azərbaycan kimi bir ölkənin ən böyük klubunda oynamaq əla təcrübədir. Bunu mükəmməl fürsət kimi dəyərləndirirəm. 2024-cü ilin mayına kimi klubla müqaviləm var. Gələcəyimlə bağlı onu deyə bilərəm ki, müqaviləmin sonuna qədər "Neftçi"nin uğurları üçün bacardığımın ən yaxşısını edəcəyəm.
- Komandanız qeyri-stabil çıxış edir və hazırda 3-cü yerdəsiniz. Çempionluq üçün mübarizədə nə çatışmır?
- Komanda bacardığını edir. Son tura qədər titul uğrunda mübarizə aparacağımıza inanırıq. Bu məqsədə çatmaq üçün dayanmadan öz üzərimizdə çalışırıq.

- Klubda hansı oyunçularla münasibətiniz yaxşıdır? Ümumilikdə komandadakı əhval-ruhiyyə barədə nə deyə bilərsiniz?
- Komandada bütün oyunçularla münasibətim yaxşıdır. Hər biri mənim dostumdur. Ən yaxın münasibətdə olduğum komanda yoldaşım Sezar Meza Kollidir. Onunla bir-birimizi yaxşı başa düşürük. İstər meydanda, istərsə meydandan kənarda yaxşı dil tapırıq. Heyətdə ümumi ab-hava əladır. Yaxşı atmosfer hökm sürür.
- Braziliyada Pato deyilərkən ilk olaraq Alekşandre Pato yada düşür. Siz yeni Pato olmaq istəyirsiniz?
- Alekşandre Pato ilə mən Braziliyada eyni komandanın yetirməsiyik. Ona görə çox vaxt insanlar adımı Pato eşidəndə bizi səhv salırlar. Hər birimizin özümüzə məxsus keyfiyyətlərimiz var. Məqsədim özümü Pato ilə müqayisə etmək, onunla eyniləşdirmək deyil. Hamının məni Gilyerme Pato kimi tanımasını istəyirəm.
- Gənc oyunçu olaraq sizi nə motivasiya edir? Hər oyuna çıxanda sizi ruhlandıran, stimul verən səbəblər nə olur?
- Hər bir uşağın arzusu futbolçu olmaqdır. Məni də motivasiya edən amillərdən biri yaxşı futbolçu olub böyük klublarda oynamaq, ailəmi, azarkeşləri və məni dəstəkləyənləri qürurlandırmaqdır. Həmçinin, ailəmə daha yaxşı həyat bəxş etməkdir. Bunların hamısı məni motivasiya edən səbəblərdir.
- Dünya çempionatında favoritiniz hansı ölkədir?
- Şübhəsiz, favoritim Braziliyadır. Onların heyəti çox güclüdür. Komandada ulduzlar var. Ümid edirəm ki, yekunda dünya çempionu Braziliya olacaq. Onlara azarkeşlik edəcəyəm.
Azad Nuriyev
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı