Bu gün Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizə aparıb.
Qol.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda ukraynalı Boqdan İadova uduzub.
Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarro (İspaniya) ilə bacarmayıb.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) da medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
"Şəmkir"də yeni təyinat
Ferran Torres PSJ-də
Kurtua qayıdır
Toy, toy, toydur bu gün…
Sabiq "Arsenal"lı"Kristal Pelas"da
Bennaser "Milan"dan ayrıldı
Zidanın oğlu ilə müqaviləyə xitam verildi
"Mançester Yunayted" 18 yaşlı futbolçu aldı
"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Rusiya “Çernomorets”in stadionunu raketlə vurdu - Video
"Real"ın futbolçusu "Fiorentina"ya keçdi - Rəsmi
"Barselona"nın ilk rəsmi təklifi rədd edildi
"Borussiya"nın futbolçusu A seriyası klubunda
“Bizim xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı
Albaniya da İnfantinoya dəstəyini geri götürdü
“Zirə” Namik Ələskərovla yolları ayırdı
"Milan"ın üçüncü forması - Şəkillər
"Tottenhem"də yeni müqavilə
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
Qazaxıstan millisində yeni baş məşqçi
Türkiyə millisinin üzvü La Liqa klubunda