Azərbaycanlı Sərvət Çətinlə bağlı ilginc göstərici

Azərbaycanlı Sərvət Çətinlə bağlı ilginc göstərici
ÖLKƏ FUTBOLU 24 Dekabr 2010 / 13:12 2633
-  A +

İstanbulun «Qalatasaray» klubunun azərbaycanəsilli futbolçusu Sərvət Çətin Türkiyə superliqasında oynadıı son 47 oyunda bir dəfə də olsun sarı vərəqə almayıb. Qol.Az-ın «Hürriyyət» qəzetinə istinadən yaydığı məlumata görə, müdafənin orta xəttində oynamasına və sarı vərəqə alma risqinin çox olmasına baxmayaraq, Sərvət son olaraq 2008-ci ilin noyabrın 11-də «Fənərbaxça» ilə derbi oyununun 38-ci dəqəqəsində hakim tərəfindən cəzalandırılıb. Həmin mövsüm daha 9 oyunda meydana çıxmasına baxmayaraq, Sərvət cəzalı duruma düşməyib. 2009-10-cu il mövsümündə 24 matçda bir dəfə də olsun kart görməyən Sərvət ən centlmen futbolçulardan olub.
Sərvət bu mövsüm Türkiyədə oynadığı 14 oyunda da sarı vərəqə almayıb.

Daha çox


Son xəbərlər
topaz banner