"Xəzər Lənkəran" daha dörd futbolçunu transferə çıxardı

"Xəzər Lənkəran" daha dörd futbolçunu transferə çıxardı
ÖLKƏ FUTBOLU 24 Dekabr 2010 / 10:46 2710
-  A +

"Qarabağ"a dünənki məğlubiyyətdən sonra “Xəzər Lənkəran” klubu daha 4 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, bu oyunçular Allan Lalin, Konstantin Arbanas, Adrian İordake və Radomir Todorovdur. Adı çəkilən futbolçuların transferə çıxarılmasının səbəbi onların klubu qane etməyən oyunudur. Həmin legionerlərin yerini daha yüksək səviyyəli futbolçular tutacaq.
Xatırladaq ki, bundan əvvəl "Xəzər Lənkəran" Dieqo Ruis, Kristin Kabral və Denis Romanovu da transferə çıxarmışdı.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu