“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda Tovuzda “Zirə” ilə qarşılaşacaqsınız. Komandada durum necədir?
- Durum normaldır. Millinin oyununa görə yaranan fasilədən istifadə etdik. Zədəlilərimiz var idi. Fasilədə istədik ki, onlar sağalsınlar. Gərgin oktyabr ayı başlayır. Bu ay 5 oyunumuz var. Əlbəttə ki, çətinliklər olacaq. Çalışırıq ki, sıx qrafikə hazır olaq. “Zirə” çempionatımızın ən yaxşı komandalarındadır. Bürünc medal qazanan heyətdə böyük dəyişiklik olmayıb. Bizi gərgin oyun gözləyir. Yeni komandayıq. Ona görə də futbolçularımız ilk dəfə qarşılaşdığımız komandaları yaxşı tanımır.
- Zədəlilərin olduğunu dediniz. Onlar “Zirə” ilə görüşə hazır olacaqlar?
- Yəqin ki, Piruzi Marakvelidze hazır olmayacaq. Xəyal Nəcəfovla Runi Eva fərdi məşq edir. Oyun günü hər şey dəqiq bilinəcək.
- Komandada ab-hava necədir? Maliyyə çətinliyi hiss olunur? Maaşlar vaxtında verilir?
- Elə bir çətinliyimiz yoxdur. Bilirik ki, təzə yaranan komandada çətinlik olur. Biz buna hazırıq. Hər şey yavaş-yavaş qaydasına düşür. Qarşılarına məqsəd qoyublar. Bölgə klubunu təmsil edirik. Bu gün çətinlikdən danışsaq, işimizə mane olar. Çətinliklərlə yox, gələcək işimizlə yaşayırıq və bu, bizə motivasiya verir.
- “Turan Tovuz” 5 oyuna 10 xal yığmağı bacarıb. Şərtləri və şəraiti nəzərə alsaq, yaxşı göstəricidir. Siz özünüz bunu necə qiymətləndirirsiniz?
- Çempionatın əvvəlində hər kəs komandadan nəsə gözləyir. Hərənin bir məqsədi olur. Biz ilk olaraq yaxşı komanda formalaşdırmaq istəyirdik. Çünki klub 9 ildən sonra Premyer Liqaya qayıdıb. Bura yeni futbolçular cəlb etməkdə çətinlik çəkirdik. Amma bu gün şükürlər olsun ki, yaxşı heyətimiz var. Təcrübəli futbolçular da “Turan Tovuz”u seçdilər. Gənc futbolçular var ki, klublarında az oynayırdılar. Bir az legionerlər çətinlik çəkdilər. Onlarla çempionatın startına az qalmış müqavilə bağladıq. İndi bizim üçün hər xal qızıldır. Amma 10 xal yığmışıqsa, kifayətlənmirik. Çempionatda 10 komanda var. Daha çox xal yığmaq lazımdır. Təbii ki, uzun çempionatda məğlubiyyət də olur, bərabərlik də. Klub olaraq, futbolçular olaraq inkişaf etmək istəyirik. Bu yöndə işimiz gedir. Bizim üçün 10 xal çox önəmlidir.
- Komandanız 5 qol vurub, 5 qol buraxıb ki, hər iki göstərici əksər rəqiblərdən azdır. Özünüz bu oyun sistemini seçmisiniz, yoxsa heyətin imkan verdiyi budur?
- Bizim çempionatda nadir hallarda böyük hesablar olur. Həm də bizim əsas məqsədimiz kompakt, komanda şəklində oynamaqdır. Sevindiricidir ki, komandamız 3 oyunda qol buraxmadı. Dediyim kimi, yolumuz uzundur. Çempionat yeni başlayıb, bu çıxışlarımızı davam etdirə bilsək, bizim üçün yaxşı olacaq.
- Yay transfer dönəmində komandaya bir çox futbolçu cəlb edildi. Heyətdə istənilən rəqabət var?
- Bizim digər komandalar kimi geniş heyətimiz yoxdur. Amma hər mövqedə rəqbətimiz var. Bunu oyunlarda da görürük. Rahat şəkildə dəyişikliklər edirik. Futbolçularımızın hamısının çempionat ab-havası hiss etməyi vacibdir. Biz demək olar ki, heyətdəki bütün futbolçulardan istifadə edirik. Qarşıda az oynayan futbolçulara daha çox şans verəcəyik.
- Milli komandamız Millətlər Liqasının qrup mərhələsində 10 xalla 2-ci oldu. Yığmamızın çıxışlarını, nəticəni necə qiymətləndirirsiniz?
- Son oyunlar bizi sevindirdi. Millimizdə də rəqabət var. Bu, yaxşı haldır. Məncə, son illər millimiz ən yaxşı heyətə malikdir. Hücum xəttində yaxşı rəqabət var. Renat Dadaşov, Mahir Emreli, Ramil Şeydayev və Musa Qurbanlının da onlara qoşulması bizi sevindirir. Çünki həmişə ən böyük problemimiz hücum xətti ilə bağlı olub. Millimizdə təcrübəli oyunçular da var. Yəni heyət yaxşı oynamağa imkan verir.
Bu gün biz 3 qələbədən danışırıq, amma Qazaxıstan, Gürcüstan millisinin lider olmasını, Lüksemburqun belə, uğurlu çıxış etməsini görürük. İndi kiçik ölkələrin də futbolu inkişaf edir. Deməli, biz bundan da yaxşı çıxış edə bilərik. Bu gün 3 qələbəyə görə rahatlaşmaq yox, daha yaxşı nəticələr üçün çalışmalıyıq. İnanıram ki, gələcəkdə millimiz hansısa turnirə qatıla bilər.
- Dediniz, millimizin heyəti son illərin ən yaxşıdır. Bu heyətlə qrup lideri olmalı deyildik?
- Bunlar püşkatmadan da asılıdır. Biz bundan əvvəl də Millətlər Liqasında 2-ci yeri tutmuşduq. Ancaq orda Kosovo millisi var idi ki, Qazaxıstandan güclü idi. Amma məncə, bu qrupda lider ola bilərdik.
- Millimizin italyan baş məşqçisi Canni de Byazinin müqaviləs oktyabr ayında başa çatır. Sizcə, o, qalmalıdır, yoxsa getməlidir?
- Mən bu gün klubda baş məşqçiyəm. Ona görə də o məsələlərdən danışmağım bir az çətindir. Bəlkə də, azarkeş kimi fikir bildirmək olar. Bu işlə məşğul olan qurum var. Yəqin ki, müzakirələr olacaq. Ümid edək ki, xeyirli qərar verərlər.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı