"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, komandasının 3-cü qolunun müəllifi əvvəlcə matç barədə fikirlərini bildirib.
- Qələbə qazanacağımıza ümidliydik. Nəticə bunu göstərir. Hər oyun daha da inkişaf edirik. Bu olduqca vacibdir. Turnirdə rəqiblərimiz güclüdür. Öz meydanımızda yaxşı oyun sərgilədik. Yaxşı başlamasaq da, dəqiqələr ötdükcə oyunu ələ almağı bacardıq. Qələbədən məmnunuq. Komanda yoldaşlarımı təbrik edirəm.
- Psixoloji olaraq motivasiyanız nə idi?
- Xüsusi bir şey deyə bilmərəm. Ümumilikdə, böyük beşlik liqaların komandalarına qarşı oynamaq böyük təcrübədir. Onlar sənə çox şans yaratmağa imkan vermirlər. Geniş sahədə oynamağa şərait yaratmırlar. Bu isə olduqca çətindir. İlk 15-20 dəqiqədə düşünürəm ki, komandalar bir-birini təhlil edirdilər. Biz çox təzyiq göstərmədik. Rəqib də xüsusi nəsə edə bilmədi. Dəqiqələr irəlilədikcə oyunu ələ ala bildik.
- Bu oyunda möhtəşəm qol vurdunuz. Zərbə vurarkən bu zərbənin qol olacağını düşünürdünüz?
- Bəli, mən zərbə vuranda, bunun qol olacağını gözləyirəm. Bəzən şansları qaçırsam da, bu gün qol vurduğum üçün xoşbəxtəm.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama