AFFA-nın baş katibi Elxan Məmmədov dekabrın 21-də keçirilmiş mərasimindən sonra jurnalistlərə müsahibə verib.
- 2010-cu ildə ən böyük uğurunuz nədən ibarət oldu?
- Ümumiyyətlə, 2010-cu ili qənaətbəxş hesab edirik. Ən böyük uğurumuz ondan ibarətdir ki, 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcək. Təbii ki, bu amil bizi çox sevindirir. Fikrimcə, Azərbaycan idman ailəsi üçün bu, çox önəmli, əlamətdar hadisədir. Bu qərar 2010-cu ildə FİFA tərəfindən qəbul olunub və bizi çox sevindirir.
- Bəs milli komandamızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Bir misal çəkim: 2 il öncə FİFA reytinqində Azərbaycan millisi 142-ci pillədə idi. Amma 2010-cu ilin son reytinqində komandamız ilk “100-lüy”ə düşüb, 98-ci yerdədir. Bu, böyük nailiyyətdir və yığmamızın inkişaf etdiyinin, gəncləşdirmə prosesinin uğurla aparıldığının sübutudur. Gənclərdən ibarət yığmalarımız uğurlu nəticələri ilə bizi sevindirir. Bildiyiniz kimi, 19 yaşlılardan ibarət yığmamız Azərbaycan futbolu tarixində ilk dəfə A səbətinə düşüb. Bu da çox sevindirici amildir. 19 yaşlılarımız artıq Avropa çempionatının püşkatma mərasimində A səbətində yerləşdirilmişdi. UEFA-nın reytinqində isə komandamız 26-cı pilləyədək irəliləməyə nail olub. Bu da təbii ki, böyük nailiyyətdir.
- Bugünkü mərasimində ötənilkindən fərqli olaraq, ən yaxşı qapıçı nominasiyasında mükafatlandırılan olmadı. Səbəbini nədə görürsünüz?
- Ötən il Kamran Ağayevə ən yaxşı qapıçı üçün təsis olunan mükafatı təqdim etmişdik. Ağayev həqiqətən də ən yaxşı qapıçımızdır. Ona qiymət verməmək ədalətsizlik olardı. Biz belə düşündük ki, ona ədalətlə yanaşmaq lazımdır. Bu il isə Mahir Şükürovun millidə ən stabil oyun sərgilədiyi qənaətinə gəldik. Düşündük ki, Şükürovun əməyinə qiymət verilməməsi ədalətsizlik olardı.
- Yığmamızın baş məşqçisi Berti Foqts 2016-cı il Avropa çempionatının final mərhələsini hədəflədiyini bildirib. Siz isə bu yaxınlarda böyük hədəflərinizi 2012-ci ildə açıqlayacağınızı demişdiniz. Bəlkə elə Siz də 6 il sonra keçiriləcək qitə çempionatına vəsiqə qazanmaq niyyətinizi bildirmək istəmisiniz?
- Mən bunu yox, başqa məsələni nəzərdə tutmuşam. Berti Foqtsun açıqlamasına gəldikdə, o da yığmamızın qarşısına bir hədəf qoyur. Amma 2016-cı ilədək Foqtsun yığmamızda qalıb-qalmayacağı bilinmir. Məhz buna görə millidə gəncləşdirmə prosesi aparılır və gələcəyin komandası təşkil olunur ki, bizi uğurla təmsil etsin. Hazırkı hədəfimiz isə 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatını peşəkar səviyyədə təşkil etməkdən ibarətdir. Bütün gücümüzü buna səfərbər etmişik. Hədəf hər zaman var. Amma bu, daha real olmalıdır. Avropa və ya dünya çempionatlarının final mərhələlərinə qatılmağa isə vaxt lazımdır.
- Elə isə Foqtsun populist açıqlama verdiyini düşünmürsünüz?
- Gəlin, səbirli olaq. 2012-ci ilədək gözləyək. Sonra da növbəti hədəflərimizi açıqlayarıq.
- Yoldaşlıq görüşləri üçün iki Avropa, bir Asiya ölkəsi ilə danışıqlar apardığınızı bildirmişdiniz. Macarıstan və Danimarka ilə yoldaşlıq görüşləri keçirəcəyiniz müəyyənləşib. Bəs Asiya təmsilçisi kimdir?
- Açığı, müxtəlif ölkələrlə danışıqlar aparır, mütəmadi əlaqə saxlayırdıq. Amma hesab edirəm ki, Macarıstanla yoldaşlıq görüşü keçirəcəyimiz təsdiqlənibsə, Danimarka variantı da rəsmiləşərsə, onda əlavə ölkə ilə yoldaşlıq görüşünə ehtiyac qalmayacaq. Danimarka variantı alınmasa, alternativimiz də var.
- 2011-ci ildə Azərbaycan futbolunun yaradılmasının 100 ili tamam olacaq. Bu münasibətlə hər hansı mərasim təşkil olunacaq?
- Bizim üçün gələn il çox önəmlidir. Azərbaycan futbolunun 100 yaşı tamamlanacaq. Bu münasibətlə inanılmaz, çox böyük tədbir keçirəcəyik. Çünki 100 illik yubiley bir dəfə olur. Biz çalışacağıq ki, bu mərasim yaddaşlarda dərin izlər buraxsın. Tədbirə dünya şöhrətli futbol xadimləri də gələcəklər. Artıq onlarla danışıqlar aparılır.
- Mükafatlandırma mərasimində yığmamızın baş məşqçisi Berti Foqts niyə iştirak etmir?
- Milli komandanı mükafatlandırmaq Berti Foqtsdan ayrıdır. Biz bunu mütləq bilməliyik. Çünki yığma ilboyu baş məşqçiyə bağlıdır. Amma yığmanın ən yaxşı futbolçularını seçərkən, Foqts və veteran futbolçu Ələkbər Məmmədov hərəyə bir səs verirlər. Qalan 24 səs isə Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinə məxsusdur. Onlar da burada idilər. Foqts jurnalistlərə açıqlamasında bu suala cavab vermişdi. Demişdi ki, Almaniyada Milad bayramı kimi çox önəmli bayram var. O, həmin mərasimdə iştirak etmək istədiyini bildirmişdi. Təbii ki, yığma komanda baş məşqçi ilə birgə içəri girsəydi, daha yaxşı olardı. Amma bizdə də dini mərasimlər olur. Ona görə də tədbirimizi bəzi günlərə təyin etmədik.
- Bəs AFFA-nın prezidenti Rövnəq Abdullayevin tədbirdə iştirak etməməsi nə ilə əlaqədardır?
- Rövnəq müəllim tədbirə gəlməli idi. Amma bu gün Milli Məclisin çox vacib iclası keçirilir. Bu səbəbdən, iştirak edə bilmədi. Onun sözünü isə mən çatdırdım.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı