Azərbaycanın gənclərdən ibarət milli komandasının keçmiş baş məşqçisi Şakir Qəribovun Qol.Az saytına müsahibəsi
- Şakir müəllim, hələ də işsiz qalmağınızın səbəbi nədir?
- Bunu məndən niyə soruşursunuz? Bu suala AFFA-ya versəniz yaxşı olar.
- Sizcə, niyə yerli mütəxəsisslərə ehtiyac görülmür?
- Ehtiyac olmasaydı, 10-15 əvvəl yerli mütəxəssislər işləməzdilər. Həmin vaxt ən çətin vaxtlar idi. İndinin özündə də kifayət qədər savadlı, “A” kateqoriyasına malik məşqçilərimiz var. Niyə onlara iş tapılmır? AFFA kurslar, seminarlar təşkil edib yerli məşqçilərə “A” kateqoriyalı lisenziyalar verir. Əgər həmin məşqçilər işsiz qalacaqlarsa, o zaman bu seminarlar və lisenziyalar nəyə lazımdır?
- Bəlkə, iş yerləri yoxdur?
- Niyə yoxdur, var. Məsələn, İsgəndər Cavadov Regional Futbol Federasiyasına prezident təyin olundu. Maşallah Əhmədov onun köməkçisidir. Bu cür mütəxəssislər mütləq işləməlidirlər. Yəqin ki, bizə də gələcəkdə belə bir iş tapılar.
- Bir müddət öncə saytımıza verdiyiniz açıqlamanızda demişdiniz ki, bizim indiki klub rəhbərlərində peşəkarlıq yoxdur.
- Mən sadəcə, demək istəyirdim ki, futbol sahəsində təcrübələri yoxdur. Elə hamısı güc verib əcnəbilərə. Axı, yerliləri də birdəfəlik silib atmaq olmaz.
- Amma son ölkə çempionluğunu qazanan “İnter”in baş məşqçisi əcnəbi idi...
- Yaxşı, bəs onda ötən mövsümləri niyə demirsiniz? Ağasəlim Mircavadovun, Əsgər Abdullayevin, Yunis Hüseynovun adlarını niyə çəkmirsiniz? “İnter” 5 ildir yaranıb, bu müddətdə o qədər vəsait xərcləyiblər, hələ indi çempion olurlar.
- Azərbaycan Premyer Liqasında çalışan hansı əcnəbi məşqçinin iş sistemini bəyənirsiniz?
- Mənim üçün əsas olan nəticədir. Həmin o məşqçilərdən biri gedib Avropada bir neçə mərhələ keçsin, uğur qazansın, ona səcdə edərəm. Halbuki bunun üçün klub rəhbərləri onlara bütün şəraiti yaradıb. Biz o vaxt işləyəndə belə şəraitimiz olmayıb. İndi dövlətin də futbola böyük diqqəti var. Bunu gərək klublar və onların məşqçiləri dəyərləndirsin. Əgər klublar Dövlət Proqramına əməl etməsələr, yerli gənclərin inkişafına şərait yaratmasalar, milli komandanın taleyi necə olacaq? Sözlərimdən elə başa düşülməsin ki, mən gəlmələrin əlehinəyəm. Ən azı onlar mənim həmkarlarımdır. Amma əsas nəticədir. Qoy “Bakı” çıxsın Avropada uğur qazansın, mən də deyim ki “əhsən sənə, Haciyevski”
- Amma gəlin etiraf edək ki, əcnəbilərin ölkəmizə axınından əvvəl də sizi hansısa klubun baş məşqçisi postunda görməmişdik.
- Mən 1989-cu ildə futbolçu karyeramı yeni qurtadığım bir dönəmdə Sabirabadın “İnşaatçı” komandasının baş məşqçisi təyin olundum və Azərbaycan çempionu adını qazandım. Azərbaycan çempionatının ilk illərində isə məcburi səbəblərdən futboldan ayrıldım. Həmin vaxt Azərbaycan Xalq Cəhbəsinin dövrü idi və futbola heç bir diqqət ayrılmırdı. Düzdür, sonradan futbola qayıtdım. Amma böyük yox, mini futbola. 3 il “Aftomobilçi”nin baş məşqçisi işlədim. Ardınca bir müddət “Şəfa”da çalışdıqdan sonra “Neftçi”də Oqtay Abdullayevə kömək etdim. 2000-ci ildə isə eyni vəzifəni İqor Ponomaryovun rəhbərlik etdiyi əsas milli komandada yerinə yetərdim. Bundan sonra U-17, U-19 və U-21 millilərinin rəhbəri oldum. Sonuncu komanda uğurlu nəticə göstərməyincə postumdan ayrıldım. Deməyim odur ki, həm klub, həm də milli komandalarda yetərincə iş təcrübəm var.
- Hazırkı AFFA rəhbərliyinin fəaliyyətindən razısınız?
- Bəli, indiki AFFA futbolun inkişafı üçün çox iş görür. Məhz federasiya rəhbərliyinin tələbindən sonra klublar 4 yaş qrupu üzrə komandalar yaratdılar. Bunu alqışlayıram. Yaxşı olardı ki, klub rəhbərləri vəsait ayırmaqla bərabər, görülən işlərə nəzarət də etsinlər ki, gələcəkdə bunun nəticəsi olsun.
- Legioner limitinin tam ləğvi Azərbaycan futbolunun inkişafına mane olur?
- Heç vaxt yaxşı legionerin ölkəyə gəlişinin əleyhinə olmamışam. İstər futbolçu olsun, istər məşqçi. Qoy elə legionerlər gəlsin ki, bizimkilər onlardan nəsə götürə bilsinlər. Türkiyəni misal çəkə bilərəm. Onlar da alman mütəxəsissləri dəvət etdilər. Amma yanında türk mütəxəssislər də işləyə-işləyə öyrəndilər. Yaxud, “Qalatasaray”. Siz də bilirsiniz ki, bu klub nə cür legionerləri Türkiyəyə gətirdi: George Hacı, Georgi Popesku, Filipesku, Klaudio Tafarrel. Görüm bizim klublarımız bu cür legionerləri dəvət edirlər? Yeganə istisna kimi Oktay Dərəlioğlunun adını çəkə bilərəm. İndi eşidirəm, “Xəzər-Lənkəran” daha iki ulduz futbolçu transfer edib. Bu cür transferlərin tərəfdarıyam.
- Qarşıdan milli komandamızın Rusiya ilə oyunu gəlir. Necə fikirləşirsiniz, səfərdən xalla dönə biləcəyik?
- Futbolda hər şey ola bilər. Milli komanda indi hazırlıq keçir. Artıq 2 yoxlama görüşü oynayıb, bu gün də Küveytlə növbəti qarşılaşmasını keçirir (müsahibə Küveyt - Azərbaycan oyunundan əvvəl götürülüb - red.). Bu tip oyunlarda nəticə önəmli deyil. Əsas odur ki, Foqts ona yaradılan şəraitdən düzgün istifadə etsin və Rusiya ilə oyuna çıxaracağı start onbirliyini müəyyənləşdirsin. Məncə, Rusiyadan xal almaq olar. Özü də mətbuatdan izləyirəm ki, ruslar bizdən çəkinirlər.
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır