"Turan Tovuz" Gürcüstan klubunu məğlub etdi

"Turan Tovuz" Gürcüstan klubunu məğlub etdi
ÖLKƏ FUTBOLU 23 İyul 2022 / 19:22 6985
-  A +

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb. 

Qol.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi bölgə təmsilçisi Tiflisin "Merani" klubu ilə üz-üzə gəlib. İmeda Aşortia, Ayxan Hüseynovun qolları və "Merani"nin avtoqolu ilə "Turan Tovuz" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Turan Tovuz" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. 4 gün sonra saat 20:00-da "Dinamo" (Tiflis) ilə qarşılaşacaq komanda iyulun 29-u saat 17:00-da "Qaqra" (Tiflis) ilə oynayacaq.

Xatırladaq ki, "Turan Tovuz" yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
26.03.25  13:58

"Real"a "hə" dedi