Unibank Premyer Liqasının bu gün «Neftçi»yə qarşı keçirilən oyununu izləyənlər arasında «Bakı» klubunun prezidenti Hafiz Məmmədov da olub. Komandasının 2:0 hesablı qələbəsilə bitən matçdan sonra H.Məmmədov Qol.Az saytına eksklüziv açıqlama verib. Bu mövsüm «Bakı»nın bir sıra oyunlarda uğursuz nəticələr göstərdiyini deyən Hafiz Məmmədov bu gün lider «Neftçi» üzərində qazanılan qələbədən məmnun qaldığını deyib: «Komandamı və azarkeşlərimizi təbrik edirəm. Hesab edirəm ki, bu gün «Bakı» öz adına layiq olan oyunu nümayiş etdirdi. Buna görə də həm nəticədən, həm də oyundan razı qaldım».
Qeyd edək ki, hazırda turnir cədvəlində yeddinci pillədə olan «Bakı»nı ilk altılığa düşmək üçün dalbadal ağır oyunlar gözləyir. Komanda qarşıdakı iki turda əvvəl öz meydanında «İnter»i qəbul edəcək, növbəti turda isə «Qəbələ»nin qonağı olacaq. Həmin oyunlarla bağlı Qol.Az-ın sualını cavablandıran H.Məmmədov bunları deyib: «Əgər komandamız bugünkü kimi oynasa, həm «İnter»i, həm də «Qəbələ»ni məğlub edə biləcək. Əsas odur ki, indi futbolçular və məşqçi heyəti arasında əhval-ruhiyyə düzəlib».
H.Məmmədov «Bakı»nın ilk altılığa düşmək şansının qaldığını da bildirib. Klub prezidenti bir daha təkrar edib ki, əgər «Bakı» bugünkü oyunu növbəti qarşılaşmalarda da təkrarlayacağı və qələbə qazanacağı təqdirdə, o zaman «ilk altılıq»da yerini təmin edəcək.
H.Məmmədov eyni zamanda komandasının Azərbaycan kubokunu qazanmaq üçün sona qədər mübarizə aparacağını bildirib.
Klub prezidenti «Bakı»nın baş məşqçisi Vinfred Şeferin istefaya göndəriləcəyi ilə bağlı son vaxtlar mediada və futbol dairələrində dolaşan fikirlərə də münasibətini açıqlayıb. «Şeferin istefası məsələsi gündəmdə deyil. Biz birlikdə buraxılan səhvləri müzakirə edirik. Dünən də onunla söhbətimiz oldu. Bu söhbətimizin nəticəsini də «Neftçi»yə qarşı oyunda gördünüz» - deyə klub prezidenti bildirib.
Hafiz Məmmədov Vinfred Şeferin ən azı bu mövsümün sonuna qədər «Bakı»da qalacağını bəyan edib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi