Maks Eberl: «Foqts mənim yerimə keçmək istəyir!»

Maks Eberl: «Foqts mənim yerimə keçmək istəyir!»
ÖLKƏ FUTBOLU 11 Dekabr 2010 / 13:24 2348
-  A +

Münhenqladbaxın «Borussiya» klubunun idman direktoru Maks Eberl millimizin baş məşqçisi Berti Foqtsun ittihamlarına cavab verib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Maks Eberl Foqtsun fikirlərinə etiraz edib: «Foqts deyir ki, bizə hansısa məsləhətlər verib. Amma bu, doğru deyil. Mən onunla cəmi bir dəfə, özü də 20 il əvvəl görüşmüşəm. O, mənim uşaqlıq kumirim idi. Buna görə də mən onun guya bizə təkliflər verməsi barədə fikirlərindən təəccüblənirəm. Belə hiss edirəm ki, Foqts mənim yerimə keçmək istəyir. O, mənim və işim barəmdə hörmətsizcəsinə danışıb» - deyə Maks Eberol bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya mətbuatı Foqtsun «Borussiya»nın idman direktoru olmaq istədiyini yazıb. Bundan sonra almaniyalı jurnalistlərə müsahibə verən millimizin məşqçisi həmin xəbərləri təkzib etməklə yanaşı, «Borussiya»da xaosun hökm sürdüyünü deyib.

Son xəbərlər