Vaqif Sadıqov: «Birlik kuboku»ndan imtina etmək lazım deyil»

Vaqif Sadıqov: «Birlik kuboku»ndan imtina etmək lazım deyil»
ÖLKƏ FUTBOLU 7 Dekabr 2010 / 13:50 2154
-  A +

“Mən özüm də «Birlik kuboku» turnirinin iştirakçısı olmuşam. 1995-ci ildə rəhbərliyim altında «Neftçi» bu yarışda iştirak edib. O vaxt Rusiya, Litva, Ukrayna bu turnirdə əsas komandalarıyla təmsil olunurdular, yarışa maraq çox idi. Amma get-gedə artıq bu turnirə maraq azalmağa başladı». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri millimizin və «Neftçi»nin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov «Birlik kuboku»nda indi bəzi ölkələrin nəinki əsas, hətta heç ikinci komandalarıyla da təmsil olunmadığını xatırladıb. Bununla belə, V.Sadıqov hesab edir ki, Azərbaycan klubları «Birlik kuboku»nda iştirakdan imtina etməməlidir: «Bu, keçmiş SSRİ ölkələri çempionlarının yarışıdırsa, ona ciddi hazırlaşmaq lazımdır. Azərbaycan komandaları «Birlik kuboku»nu iki dəfə əldə edib. Hesab edirəm ki, növbəti yarışda da Azərbaycan təmsilçisi qarşısına ən yüksək vəzifəni qoymalıdır».
V.Sadıqovun fikrincə, gələn il yanvarın 15-dən 23-dək davam edəcək turniri Azərbaycan çempionu üçün hazırlıq baxımından sərfəli saymaq olar: «Milli çempionatımızda oyunlar fevralın 8-də bərpa olunacaq. Bu mənada, «Birlik kuboku» yarışında «İnter» mövsümə daha yaxşı hazırlaşa biləcək».
Xatırladaq ki, keşmiş SSRİ ölkələrinin bəzi çempionları bu yarışda iştirakdan imtina edib. Ən son olaraq isə Ermənistan "Birlik kuboku"na qatılmayacağını bildirib.

Son xəbərlər