Bu gün NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutacaq yeddi oyunla yekun vurulub. Qol.Az-ın xəbərinə görə, dünən keçirilən ilk oyun günündə “Qarabağ” “Turan”ı qəbul edib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Ağdam klubunun bir neçə qol imkanı olsa da, tovuzluların qapıçısı Kamal Bayramov komandasını xilas edərək oyunun qəhrəmanına çevrilib. Kamal penaltilər seriyasında da "Qarabağ"da Vüqar Nadirov və Rauf Əliyevin zərbələrini dəf edə bilib.
Kubokun yeni reqlamentinə əsasən, 1/16 və 1/8 finallar bir matçdan ibarət olduğundan növbəti mərhələyə "Turan" vəsiqə qazanıb.
Bu günün ən maraqla gözlənilən qarşılaşması Gəncədə keçirilib. Əzəli rəqiblərin - "Gəncə" ilə "Neftçi"nin görüşündə qonaqlar qalib gəlib. "Bakı" və "Abşeron" penaltilər seriyasında müvafiq olaraq "Muğan" və "Simurq"u üstələyib. "Xəzər Lənkəran" MKT "Araz"ı, "İnter" "Şuşa"nı, AZAL "Rəvan"ı, "Qəbələ" isə "Neftçi" İSM-i mübarizədən kənarda qoyaraq 1/4 finala vəsiqəni təmin edib.
8 dekabr (çərşənbə)
"Bakı" - "Muğan" - 1:1 (Penaltilər seriyası, 5:3 )
Qollar: Elnur Abdullayev, 3 (0:1); Saşa Kaykut, 70 (1:1);
"Bakı": Fabio Luis Ramim +, Cefersson Anqulo +, Vaqif Cavadov +, Aleksandar Soliç +, Leonardo Roşa +
"Muğan": Miloş Zeçeviç +, Angel Qutierrez +, Zaur Əsədov -, Taqim Novruzov+
Jabanın penalti zərbəsindən vurduğu topu "Muğan"ın qapıçısı qaytardı
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Rahil Ramazanov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
"Xəzər Lənkəran" - MKT "Araz" - 3:1
Qollar: Allan Lalin, 5 (1:0); Amid Hüseynov, 8 (2:0); Hüseyn Əliyev, 21 (2:1); Ramazan Abbasov, 43 (3:1)
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Zeynal Zeynalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran şəhər mərkəzi stadionu.
"Şuşa" - "İnter" - 1:4
Qol: Girts Karlsons, 14 (0:1); Rövşən Əmiraslanov, 22, 85 (0:2; 1:4); Rauf Məmişov, 70 (1:2); Robertas Poşkus, 72 (1:3)
Hakimlər: Elvin Əsgərov, Rasim Əhmədov, Hüseyn İmanov, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Şəfa" stadionu.
13.00. "Simurq" - "Abşeron" - 1:1 (Penaltilər seriyası, 1:4)
Qollar: Vasif Əliyev, 40 (1:0), Zahid Quliyev, 51 (1:1)
Hakimlər: Rasim Məmmədov, Qəzənfər Məmmədov, Samir Hacıyev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu.
"Gəncə" - "Neftçi" - 1:3
Qollar: Cavid İmamverdiyev, 31 (0:1), Rəşad Abdullayev, 59 (0:2); Mirhüseyn Seyidov, 78 (0:3); Samir Zərgərov, 90(P) (1:3)
Hakimlər: Əfqan Həmzəyev, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu.
"Rəvan" - AZAL - 1:2
Qollar: Eleandro Pema, 32 (0:1), Aqil Nəbiyev, 58 (0:2); Rəşad Məmmədov, 90 (1:2)
Hakimlər: Ceyhun Haşımov, İsgəndər Əliyev, Elman Kərimov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
"Şəfa" stadionu, 4-cü meydança.
"Qəbələ" - "Neftçi" İSM - 2:0
Qollar: Lyuba Baranin, 37; Bruno dos Anjos, 66
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Aydın Ələkbərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.
7 dekabr (çərşənbə axşamı)
13.00. "Qarabağ" - "Turan" - 0:0 (penaltilər seriyası, 3:4)
"Qarabağ": Georgi Adamiya +, Rəşad Sadiqov +, Elvin Məmmədov +, Vüqar Nadirov -, Rauf Əliyev -
Turan: Viktor Qonta -, Muammer Erdoğdu +, Rəşad Piriyev +, Georgi Çediya +, Şəhriyar Xəlilov +
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı