“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqada “Qarabağ” ardıcıl məğlubiyyətlərdən sonra sənin qolun sayəsində çempion “İnter”ə qalib gəlməyi bacardı. Necə düşünürsən, bu qələbə “Qarabağ”ın “qara zolaq”dan çıxmasını kömək edəcəkmi?
- Bu oyuna çox ciddi hazırlaşmışdıq. Artıq geriyə yol yox idi. Öz meydanımızda 3 xal qazanmağı hədəfləmişdik. Şükürlər olsun ki, bunu da bacardıq. Bu qələbə rəqiblərimizlə olan xal fərqini də azaltdı. Məncə, komanda artıq “qara zolaq”dan çıxıb və növbəti oyunlarda daha inamlı təsir bağışlayacaq.
- Bu mövsüm “Qarabağ”ın zəif çıxış etməsini hücum xəttindəki problemlərlə də əlaqələndirilir? Sən necə düşünürsən, həqiqətənmi komandanın hücum mövqeyi istənilən səviyyədə deyil?
- Yox, mən belə deməzdim. Hücumda heç bir problem yoxdur. Sadəcə olaraq, mövsümün əvvəlində oyunumuz alınmırdı. Bir neçə əsas futbolçumuz da zədələnərək sıradan çıxdı. Təbii ki, bu da bizim oyunumuza öz mənfi təsirini göstərdi. İnanıram ki, qarşıdakı turlarda “Qarabağ”ın hücumçuları öz sözünü deyəcəklər.
- Premyer Liqada artıq 5-ci qoluna imza atdın. Bu mövsüm neçə qol vursan bunu özün üçün uğur hesab edərsən?
- Əlbəttə ki, 5 qol vurmaq hələ heç də yaxşı nəticə deyil. Mən daha çox qol vurmaqla komandamın uğurunda pay sahibi olmaq istəyirəm. Lakin əsas odur ki, komandam qalib gəlsin. Mən qol vurmasam da olar. Bununla belə, meydana çıxdığım hər oyunda daha çox qol vurmağa çalışıram. Çünki hücumçunun əsas işi qol vurmaqdır. Nə qədər çox qol vursam, bu, həm mənim, həm də komandam üçün yaxşı olar.
- Hücumçu olaraq Əfran İsmayılovla daha yaxşı anlaşırdın. Hazırda isə Əfranın zədəli olması onu komandadan ayrı salıb. Əfranın yoxluğu sənin oyununa nə dərəcədə təsir göstərir?
- Əfranın zədələnməsi komanda üçün böyük itki oldu. Şükürlər olsun ki, hazırda Əfran da zədəsini sağaldıb və komanda ilə məşqlərə başlayıb. Həqiqətən də mən onunla daha yaxşı anlaşırdım. Onun ötürmələri çox dəqiq və vaxtında olurdu. İnanıram ki, Əfran komandaya qayıtdıqdan sonra da belə olacaq. Mən onunla birgə çıxış etdiyim vaxt daha çox qol vuracam.
- Səni bu ilin yeni tapıntısı kimi də qələmə verirdilər. Sən necə, ümumilikdə bu mövsümü özün üçün uğurlu hesab edirsənmi?
- Hələ mövsümün bitiminə xeyli var. İndidən nəsə demək doğru olmaz. Premyer Liqada cəmi 5 qol vurmuşam ki, bunu da uğur saymıram Hələ ki, öz oyunumdan razı deyiləm. İkinci dövrədə daha yaxşı çıxış etməyə çalışacam.
- Hazırda ilk altılığa düşmək üçün bir neçə klub mübarizə aparır. Bu klublardan biri də “Qarabağ”dır. Necə düşünürsən, “Qarabağ”ın altılıqdan kənar qalma ehtimalı varmı?
- Yox, inanmıram ki, biz altılığdan kənar qalaq. Sadəcə olaraq daha çox çalışmalıyıq. Ötən mövsüm də, bizim altılğa düşmək şansımız az idi. Lakin sonradan komanda özünə gəldi və hətta çempionluğu son anda əldən verdi. Bu il də belə olacaq. Sona qədər mübarizə aparacağıq. Altılığa düşə bilməsək, bu bizim üçün faciə olacaq.
- Diqqət yetirmişik, meydana həmişə fərqli rəngli butsı ilə çıxırsan. Bunun nəsə özəl bir səbəbi varmı?
- Yox, mən elə şeylərə fikir vermirəm. Hansı butsı rahatdırsa, onunla da meydana çıxıram. Meydanda əsasən oyunumla fərqlənmək istəyirəm. Digər şeylər isə ikinci plandadır.
- Azərbaycanda və Avropada hansı klublarda çıxış etmək istərdin?
- Əlbəttə, Azərbaycanda yalnız “Qarabağ”da oynamağı üstün tuturam. Ölkə xaricində isə uşaqlıqdan bəri “Fənərbaxça”nın fanatı olmuşam. Həmişə bu klubda oynamağı arzulamışam. Avropa klublarından isə “Barselona”nın oyununu bəyənirəm.
- Nə vaxtsa bu klublarda özünü görürsən?
- Yox, bu inandırıcı görünsməsə də, unutmayaq ki, futbolda hər şey ola bilər. Buna nail olmaq üçün öz üzərimdə daha çox çalışmalıyam.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi