Nəhayət, gözlənilən an yetişdi. Bu axşam Parisdə UEFA Çempionlar Liqasının qalibi müəyyən olunacaq. Rəqiblər isə biri-birinə yaxşı bələd olan "Liverpul" və Madrid "Real"ıdır. Ölkəmizdə hər iki klubun kifayət qədər azarkeş kütləsinin olduğunu və final matçının prinsipiallığını nəzərə alaraq iki komanda arasındakı oyunları, bu vaxta kimi keçirilmiş ingilis-ispan duellerini, bir sözlə Paris finalı ilə bağlı hər nüansı analiz etmişik.
İlk və son oyun...
"Liverpul" və "Real" klubları ilk dəfə rəsmi görüşlərdə 1980/1981-ci illər mövsümündə üz-üzə gəliblər. 1981-ci ilin 27 mayında oynanılan final matçında "Liverpul" rəqibini 1:0 hesabı ilə məğlub edərək həmin mövsüm Çempionlar Liqasının qalibi olub. Maraqlısı budur ki, həmin final matçı da Parisdə keçirilib. İki komanda arasındakı son oyun isə ötən mövsümün 1/4 finalına təsadüf edib. Həmin görüşdə rəqiblər bir-birinin qapısına yol tapa bilməyiblər. Həmin oyundan bir həftə əvvəl Madriddə keçirilmiş görüşdə "Real"ın 3:1 hesablı qələbəsi kral klubunun 1/2 finala vəsiqə qazanmasına vəsilə olmuşdu.
Statistika "Real"ın xeyrinədir...
Bu vaxta kimi iki klub arasında Çempionlar Liqası çərçivəsində 8 görüş oynanılıb ki, bunların 4-də "Real", 3-də isə "Liverpul" sevinən tərəf olub. Kral klubunun vurduğu 10 topa "mersisaydlılar" 8 qolla cavab veriblər. Bugünkü matç "Liverpul" və "Real" arasında Çempionlar Liqası çərçivəsində keçirilmiş 3-cü final olacaq:
1. "Liverpul" 1:0 "Real" (27.05.1981)
2. "Real" 0:1 "Liverpul" (25.02.2009)
3. "Liverpul" 4:0 "Real" (10.03.2009)
4. "Liverpul" 0:3 "Real" (22.10.2014)
5. "Real" 1:0 "Liverpul" (04.11.2014)
6. "Real" 3:1 "Liverpul" (26.05.2018)
7. "Real" 3:1 "Liverpul" (06.04.2021)
8. "Liverpul" 0:0 "Real" (14.04.2021)
6-cı ingilis-ispan dueli...
Çempionlar Liqası finalları tarixində bu vaxta kimi İngiltərə və İspaniya klubları 5 dəfə qarşılaşıblar. Bu finalların 4 də pireneylilər, 1 isə dumanlı albion təmsilçiləri kuboku başı üzərinə qaldırıblar. Maraqlı məqam isə budur ki, hansısa ispan klubunu finalda məğlub edən yeganə ingilis komandası "Liverpul"dur. Yuxarıda da qeyd olunduğu kimi, 1981-ci finalında "Liverpul" "Real"ı Alan Kennedinin qolu ilə minimal fərqlə üstələmişdi:
1. "Liverpul" 1:0 "Real" (1981)
2. "Barselona" 2:1 "Arsenal" (2006)
3. "Barselona" 2:0 "M.Yunayted" (2009)
4. "Barselona" 3:1 "M.Yunayted" (2011)
5. "Real" 3:1 "Liverpul" (2018)
Finalların komandası...
"Real"ı obrazlı olaraq finalların komandası da adlandırırlar. Belə ki, kral klubu bu dövrə kimi Çempionlar Liqasında oynadığı 16 finalın 13-dən qalib kimi ayrılıb. Ümumilikdə isə Madrid təmsilçisi son 7 finalda qələbə qazanıb. "Real" sonuncu dəfə Çempionlar Liqası finalında elə bugünki rəqibi "Liverpul"a (1981) uduzub. Qeyd etmək yerinə düşər ki, "Real" Çempionlar Liqası (əvvəlki adı ilə Çempionlar kuboku) kubokunu 13 dəfə başı üzərinə qaldırmaqla Avropada hegemonluğu əlində saxlayır. "Liverpul" isə qitənin ən ali klub turnirində bu vaxta kimi 9 final oynayıb. "Mersisaydlılar" bu finalların 6-da sevinən tərəf olublar. Maraqlısı budur ki, "Liverpul"un Çempionlar Liqası finalındakı sonuncu məğlubiyyəti də elə "Real"la oyuna təsadüf edib. "Liverpul" bugünkü finalda qalib gələcəyi halda, kubok sayında İtaliya nəhəngi "Milan"a çatmış olacaq.
Məşqçilərin qisas hissi...
Əksər "Liverpul" azarkeşləri 2018-ci il finalındakı məğlubiyyəti hələ də həzm edə bilmirlər. Oyundan əvvəl "Liverpul"un baş məşqçisi Yurgen Klop mətbuata bildirib ki, ötən finaldan fərqli olaraq bu dəfə sevinən tərəf olmaq istəyirik. "Real"ın təcrübəli baş məşqçisi Karlo Ançelottinin də "Liverpul"la şəxsi "haqq-hesabı" var. 2005-ci ildə Ançellotti "Milan"ın baş məşqçisi olan zaman İstanbul finalında "Liverpul"dan aldığı ağır məğlubiyyət bugünkü matçı daha prinsipial edir. Əgər Ançellottinin komandası Paris finalından qalib kimi ayrılsa, italiyalı Çempionlar Liqasını ən çox qazanmış baş məşqçi kimi tarixə düşəcək. Hazırda Ançelottinin aktivində məşqçi kimi 3 Çempionlar Liqası çempionluğu var.
Benzema-Salah dueli...
Hazırda "Real"ın əsas qol silahı Kərim Benzema 15 topla bu mövsüm Çempionlar Liqasında ən məhsuldar futbolçudur. Fransalı forvard bugünki finalda dubla imza atacağı halda, Kriştiano Ronaldonun rekordunu geridə qoymuş olacaq. Belə ki, hazırda Ronalda 17 topla Çempionlar Liqasının bir mövsümündə ən çox qol vuran oyunçudur. Qeyd edək ki, portuqaliyalı ulduza məxsus bu rekord 2013/2014-cü illər mövsümündə qeydə alınıb. "Liverpul"a gəlincə... Bugünkü finalda onların əsas silahı heç şübhəsiz ki, Məhəmməd Salah olacaq. Misirli oyunçu Çempionlar Liqasının bu mövsümü ərzində "Liverpul"un heyətində 8 qolla yadda qalıb. Çox böyük ehtimalla Klop finalda onu da döyüşə atacaq. Amma İngiltərə Premyer Liqasının sonuncu turunda Salah meydana sonradan daxil olmuşdu.
Qrup liderlərinin finalı...
Bu mövsüm Çempionlar Liqasının B qrupunda qərarlaşan "Liverpul" "Atletiko", "Milan" və "Portu"lu ölüm qrupunu maksimum nəticə ilə, 18 xalla tamamlayıb. "Mersisaydlılar" 1/8 finalda "İnter"dən, 1/4 finalda "Benfika"dan, 1/2 finalda isə "Villareal"dan üstün olublar. "Liverpul" kimi "Real" da qrupunu lider kimi bitirib. "İnter", "Şaxtyor Donetsk" və "Şerif"lə oyunlardan sonra 15 xal toplayan kral klubu D qrupunun birincisi olub. "Real" isə finala gələn yolda daha çətin rəqiblərlə qarşılaşıb. Belə ki, qalaktikos 1/8 finalda "PSJ", 1/4 finalda "Çelsi", 1/2 finalda "Mançester Siti" ilə rəqib olub. Maraqlı məqamlardan biri də budur ki, "Real" finala kimi artıq iki ingilis klubunu mübarizədən kənarlaşdırıb.
Heyətlər...
Məşqçilərin finala hansı heyətlə başlayacağını indidən söyləmək çox çətindir. Amma son oyunlardakı heyətlərə əsasən qeyd etmək olar ki, Yurgen Klop "Liverpul"u Alisson - Trent Aleksandr - Matip - Vircil van Deyk - Robertson - Nabi Keyta - Fabiniyo - Henderson - Jota - Salah - Mane "11-liy"i ilə meydana çıxaracaq. Ançelottinin isə "Real"ı Kurtua - Karvahal - Militao - Naço - Mendi - Kasemiro - Kros - Valverde - Modriç - Junior - Kərim Benzema ilə oyuna çıxarması gözlənilir.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq "Liverpul" - "Real" finalı Parisdəki "Stade de Frans" stadionunda oynanılacaq. Həlledici görüşü Klement Turpinin rəhbərlik etdiyi fransalı hakimlər briqadası idarə edəcək.
Həmidağa Məcidov
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı