"Atletiko"nun hücumçusu Luis Suareslə yolları ayırmaq qərarı uruqvaylı futbolçu üçün gözlənilməz olub.
Qol.az "AS"a istinadən xəbər verir ki, bu bardə o, özü məlumat verib: “Atletiko"da oynamağa davam etməyəcəyimi nə vaxt bildim? Mövsümün son oyunundan bir gün əvvəl klubun ictimaiyyətlə əlaqələr direktoru bunu mənə dedi. Mənə ayrılmağı planlaşdırdıqlarını söylədi. Mən heç nə bilmirdim. 35 yaşım var, nə isə hiss edirdim və artıq gələcəyim haqqında düşünürdüm. Cavabım belə oldu: “Məni daha tez xəbərdar edə bilərdilər”.
Mənim gələcəyim? Belə fikirlərim yoxdur. Mən pul haqqında deyil, dünya çempionatına çıxmaq üçün yüksək səviyyəli idman haqqında düşünürəm. Mənim prioritetlərim Avropa, Meksika, Braziliya, Argentinadır”.
Qeyd edək ki, Luis Suares 2020-ci ilin sentyabrından "Atletiko"da çıxış edir. O, burada 81 oyuna çıxıb və 34 qol vurub.
“Kəpəz” bəyanat yaydı
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"