“Qarabağ”ın və millimizin müdafiəçisi Abbas Hüseynovun Qol.az saytına müsahibəsi
- Əvvəl çempionluqa bağlı təəssüratlarını öyrənmək istəyirəm. Bu mövsümün çempionluğu nə dərəcədə çətin oldu?
- Hər mövsüm olduğu kimi, bu dəfə də ağır oldu. Çempionluq asan əldə olunmur. Çox əziyyət çəkdik. Şükürlər olsun ki, sonda əziyyətimiz yerdə qalmadı, çempion olduq.

- Elə "Sabah"la son oyunda da əziyyət çəkdiniz. Matçın vacibliyi üzərinizdə təzyiq yaratmışdı, yoxsa rəqib yaxşı oynadı?
- Xeyr, bizdə gərginlik yox idi. Sadəcə, “Sabah” çox yaxşı oynadı. Ümumiyyətlə, bütün rəqiblər bizə qarşı ən yaxşı oyununu göstərməyə çalışır.
- Artıq “Qarabağ”la 4 çempionluq yaşamısan. Bu mənada “Qarabağ” sənin karyeranda necə rol oynayır?
- Çox şadam ki, “Qarabağ”ın şərəfini qoruyuram. Bu komanda ilə 4-cü çempionluğu qazanmaq əla hissdir. Sevinirəm ki, belə komandadayam. Bundan sonra nə olacağından asılı olmayaraq, deyə bilərəm ki, karyeramın ən yaxşı hissəsini “Qarabağ”da keçirmişəm.

- ”Qarabağ”ın heyətində kifayət qədər avrokuboklarda oynamısan. Bu müddət ərzində ölkə xaricindən təklif gəlib sənə?
- Rəsmi təklif kluba gəlir. Ona görə də bu barədə xəbərim yoxdur.
- Legioner həyatı yaşamaq istəyirsən?
- Məncə, hər bir azərbaycanlı futbolçu istəyər ki, ölkə xaricində yaxşı bir klubda oynasın. Hazırda “Qarabağ”dayam və xoşbəxtəm ki, belə klubda çıxış edirəm.

- “Zirə” ilə kubokda final matçınız var. “Qızıl dubl” etmək şansınızı necə qiymətləndirirsən?
- Hər bir oyunda olduğu kimi, bu matça da ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, kuboku da qazanaq. “Zirə” də iddialıdır. Bilirik ki, çox ağır oyun olacaq.

- 2 illik fasilədən sonra Çempionlar Liqasında iştirak edəcəksiniz. Qurban Qurbanov bəlkə də “Qarabağ” tarixinin ən yaxşı komandasını formalaşdırıb. Bu mənada sizdən gözləntilər də var. Sən nə gözləyirsən bu turnirdən?
- Bəli, deyərdim ki, çox yaxşı komandamız var. Bunu qoruyub saxlamaq lazımdır. Mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik ki, bu mövsüm qrupa düşək və Azərbaycan xalqını sevindirək.
Ramiq Ağaməmmədov
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video