«Qarabağ» klubunun rəsmi saytı dünən «Neftçi»yə qarşı keçirilmiş oyun hakim idarəçiliyi ilə bağlı yazı dərc olunub. Qol.Az-ın xəbərinə görə, yazıda deyilir: «Bu gün Azərbaycanın ən tarixi derbisi 40-cı dəfə baş tutdu. Ölkə ftbol tarixində bütün çempionatların iştirakçıları «Qarabağ» və «Neftçi» Tofiq Bəhramov adına Respuiblika stadionunda tarixlərinə, adlarına yaraşan mücadiləyə çıxdılar. Mərkəzi arenaya toplaşmış 3000-dən çox azarkeş futbol-şousundan zövq almaqdan heç bir çətinlik çəkmədi. İngilissayağı vurulmuş qol, tirdən dönən zərbə, qapıçı səhvləri, bir sözlə, hər şey futbolun estetikasına xidmət edirdi. Amma di gəl ki, deyirlər, milçək bir şey olmasa da, könül bulandırar. Pardon, milçəyin derbiylə nə əlaqəsi olduğunu soruşa bilərsiz. Həzərat, bəzən div qanadlarla silahlanmış milçəklər könül bulandırmır, əksinə atalara rəhmət oxudurur. Necə? Sadəcə, biz tarixə bağlı millətik. Biz tariximizi, milli mənəvi dəyərlər toplusuna yüksək qiymətləndiririk. Fikir verin, «Qarabağ» - «Neftçi» oyununa. Qeyd etdiyimiz kimi, oyun azarkeşlərə əsl derbi ləzzəti yaşatdı. Amma oyunu idarə edən tarix qədər mühafizəkar hakim Rövşən Əhmədov bu dəfə də hər kəsi milli dəyərlərimizə hörmət etdirməyə məcbur etdi. Necə? Sadə bi üsulla. Görüşün 52-ci dəqiqəsində Rauf Əliyevi qucaqlayıb yerə yıxırlar, Əhmədov penalti verməyi ağlından belə keçirmir. Axı, dedik axı, Rövşən müəllim olduqca mühəfizəkardır. Əhmədov bununla «bir güllə bahar olmaz» məsəlinə tam əməl elədi. Və oyunun 80-ci dəqiqəsi. Bu dəfə Raufun zərbəsi Mitreskinin açıq əlinə dəysə də, Rövşən müəllim 2 metr gözünün qarşısında baş verən olaya belə münasibət göstərər: «Atalar 3-dən deyib». Tarixi, şərəfli, şücaətli atalarımızın məsələsinə tam könüldən (görəsən bir milçəyi hardan tapaq?) əməl edən Rövşən müəllim bununla da göstərdi ki, ancaq 3-cü dəfə penalti verə bilərəm. Amma, çifayda. Bunun üçün vaxt çatmadı. Və derbidə «Neftçi» vurduğu gözəl qolla qələbə qazandı».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı