İki gün əvvəl keçirilən AFFA Klublar Komitəsinin iclasında Premyer Liqada legioner limitinin dəyişdirilməsi və əvəzetmə sayının artırılması müzakirə olundu. Qol.az saytı məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərini öyrənib.
- Legioner limitinin dəyişməsi Azərbaycan futboluna faydalı ola bilərmi?
- Təkcə legioner limitini artırmaq? Bəs U-21 necə?
- O barədə də təklifiniz varsa, buyurun.
- Bəli, Məşqçilər Komitəsi bu işlə məşğuldur. İndi tam açıqlamaq istəmirəm. Fikirlərimizi yazıb rəhbərliyə təqdim edəcəyik. Hazırda limitlə bağlı iş görülməlidir. Eyni zamanda Premyer Liqada komanda sayını da artırmalıyıq. Bunlar bir-biri ilə bağlı məsələdir. Ancaq xarici oyunçuların limitini artırmaqla iş düzəlməz. Biz yerli oyunçuların da sayını artırmalıyıq. Söhbət keyfiyyətli oyunçulardan gedir. Ona görə də hazırda iş gedir. Bu yaxınlarda öz fikrimizi açıqlayacağıq.
- Yəni ancaq klub sayı artırılmaq şərti ilə legioner limiti dəyişdiriləcək?
- Klub sayı mütləq artırılmalıdır. Orada həm Premyer Liqa, həm də birinci divizonun limit məsələsi var. 21 yaşadək futbolçu məsələsi də müzakirə olunur. Təkcə yüksək liqanın limitini dəyişməklə deyil. Gərək birinci divizionun da limiti dəyişsin.
- 21 yaşadək 1 futbolçunun Premyer Liqada oynaması məsələsi ilə bağlı fikriniz nədir?
- İndi işlər tamamlanmayıb. Bunu sonra açıqlamaq olar. Biz çox analiz aparmışıq. 21 yaşadək bir futbolçunun meydanda olması, birinin də ehtiyatda oturması bizə bəzi şeylərdə üstünlük verdi. Amma son illərdə heç bir üstünlüyü yoxdur. Yəni gənc futbolçulara süni sürətdə şans yaradırıq. Əslində isə onlar öz oyunu ilə bu şansı qazanmalıdır. Biz U-21 millimizin baş məşqçisi ilə tez-tez söhbət edirik. Bu yaxınlarda bizə dedi ki, məndə elə oyunçu var ki, heç bir klub onu istəmədiyinə görə futbolu atıb. Bu, faciədir axı. Onda akademiyada olan və klub məşqçilərinin əməyi hədər gedir. Yəni işlər çoxdur. Tez bir zamanda rəhbərliyə təqdim edəcəyik.
- Belə başa düşülür ki, siz Premyer Liqadakı gənc futbolçu limitinin ləğvini istəyirsiniz?
- Hələ bunları müzakirə edirik. Biz 6-7 əvvəl klublarımızın baş məşqçiləri ilə söhbət etmişik, onların fikirlərini də öyrənmişik.
- Məşqçilərin fikri nədir?
- Ortada bir iş olmayanda mövqelərini deməyin mənası yoxdur. Sizə bir misal çəkim. Toral Bayramova baxın. “Qarabağ” kimi komandada heyətə düşmək asan deyil. Onu “Qarabağ”da oynatdılar, əsas milliyə də düşdü. Yəni bu uşağın istedadı da var. “Qarabağ”ın məşqçilərinin böyük əməyini də qeyd etmək lazımdır. Yəni cavan oyunçular belə olmalıdır. Biz onu da analiz etmişik ki, 21 yaş limitini keçəndən sonra futbolçuların çoxu komandada qalmır, itib-batır. Amma komanda sayını artırsaq, o uşaqlar oynayar. İşlər gedir, sağlıq olsun.
- Əvəzetmə sayının artırılaraq 5 olması müzakirə olundu. Bu barədə siz nə düşünürsünüz?
- Mən də razıyam ki, əvəzetmə sayı arıtırılsın. Futbolun inkişafını hamımız görürük. İndi mübarizə meydanın hər qarışında gedir. Zədələnmələr çox olur. Əvəzetmənin çox olması ilə oyun sürətini saxlamaq olur. Ancaq bu da klublara baxır. Əlbəttə, maliyyəsi az olan klublara əvəzetmə sayının artırılması sərf etməyə bilər. Amma normal klublar, yəni büdcəsi yaxşı olanların oyunçu sayı çoxdur. Bu oyunçulardan istifadə edə bilərlər. Şəxsi fikrim odur ki, əvəzetmə sayı 5 olsun. Bilmirəm, başqa mütəxəssislər, rəhbərlik nə deyəcək.
- Klub məşqçiləri ilə bu barədə söhbətiniz olub?
- Bəli, olmuşdu. Onların da fikir vardı ki, əvəzetmə sayı artırılsın. Bilirsiniz, 3 əvəzetmə olanda oyunda 14 nəfər iştirak edir. Bəs komandanın yarısı? Yəni bəzi futbolçuların oyun təcrübəsi yox dərəcəsinə gəlib çıxır. İngiltərə Premyer Liqası kimi bir yarış bunu artırıbsa, lazımdır ki, biz də artıraq. Düzdür, biz İngiltərə çempionatından bir az uzağıq, amma sayı artırılmalıdır. Çox oyunçuya şans verməliyik ki, həmişə hazır olsunlar. Məncə, baş məşqçilər üçün də bu, yaxşı addım olacaq və bundan istifadə edəcəklər.
- Əvəzetmə sayının 5-ə qaldırılması heyəti kasad olan klublarımızı rəqiblərindən bir qədər də uzaqlaşdırmaz?
- Komanda elə oyunçu seçməlidir ki, bu rejimə cavab versin. Bizim elə klublarımız var ki, orada oynayan xarici oyunçular heç top saxlaya bilmir. Gəlib futbolu burada öyrənirlər. Bunlar kimə lazımdır? Biz Məşqçilər Komitəsi olaraq bunu həmişə deyirik, ancaq kimlərsə yenə edir. Niyə? Adı olsun ki, mənim klubumda da legioner var. Həmin oyunçular yerlilərin yerini tutur. Biz bunların hamısı analiz etmişik, elə-belə danışmırıq.
- Söhbət hansı legionerlərdən gedir?
- Yox, adlarını niyə çəkim ki. Demək istəmirəm.
Ramiq Ağaməmmədov
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı