Bu günlərdə Bakıda UEFA-nın mətbuatla bağlı seminarı keçirilib. AFFA-nın rəsmi saytının bununla bağlı yaydığı xəbərdə deyilir ki, tədbiri giriş sözü ilə açan qurumun baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb və seminarın uğurla keçəcəyinə ümid etdiyini söyləyib. Baş katib bu seminarın Bakıda təşkil olunmasına şərait yaratdığına görə UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Sonra UEFA prezidentinin müşaviri Paskal Torres çıxış edərək futbolun təbliğində mətbuatın rolu barədə danışıb, bu seminarın əhəmiyyəti ilə bağlı ümumi məlumat verib.
Çıxışlar başa çatdıqdan sonra UEFA nümayəndəsi Kristof Kukavka müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb və seminar öz işinə başlayıb.
Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistan futbol federasiyalarının baş katibləri və mətbuat departamentinin əməkdaşları iştirak edib.
Nə qədər qəribə görünsə də, UEFA-nın mətbuatla bağlı tədbirinə Azərbaycanın heç bir media qurumundan nümayəndələr dəvət olunmayıb. Qol.Az-ın bununla bağlı sorğusuna cavab olaraq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, tədbirdə yalnız federasiyaların mətbuatla işi müzakirə olunduğundan ora jurnalistlərin dəvət olunması məqsədəuyğun sayılmayıb.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda mətbuatla bağlı keçirilən bütün tədbirlərə bir qayda olaraq media qurumlarının rəhbərləri və əməkdaşları dəvət olunur. AFFA-nın təşəbbüsü ilə UEFA-nın Bakıda keçirdiyi bu seminara medianın dəvət edilməməsi isə təəccüb doğurmaya bilməz.
Federasiyanın bu əcaib addımının əsl mahiyyətini isə AFFA-da oturanlar daha yaxşı bilərlər.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər