«Neftçi» klubu son vaxtlar hakimlər tərəfindən komandaya haqsızlıq edildiyini bildirib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-ın müxbiri ilə söhbətində ilk öncə söyləyib ki, son vaxtlar bəzi dairələrdə «Neftçi»yə kömək olunması, hakimlərin əli ilə PFL-in bu komandanı çempion etmək istəməsi ilə bağlı iddialar ortaya atılıb: «Ancaq «Neftçi»nin iştirakı ilə keçirilmiş son oyunlarda hakimlərin verdiyi yanlış qərarlar bir daha göstərir ki, bütün bunlar cəfəng iddialardır. Konkret «Qəbələ» ilə son oyunda baş hakim Fariz Yusifov hücumçumuz Bahadır Nəsimova qarşı açıq-aşkar kobudluğu qayda pozuntusu kimi qeydə almadı. Bahadır topu rəqib müdafiəçisindən «oğurlayıb» qapıçıyla üzbəüz qalmışdı. Bu zaman «Qəbələ»nin müdafiəçisi Saşa Yunisoğlu həm əli, həm də ayağıyla hücumun qarşısını aldı. O epizodda müdafiəçinin əli bizim hücumçunun çiynindəydi. Fariz Yusifov isə nə penalti təyin etdi, nə də əgər hətta simulyasiya var idisə belə, Bahadıra sarı vərəqə göstərdi. Bu, artıq hakimin qeyri-peşəkarlığının göstəricisidir. Əgər futbolçuya qarşı kobudluq varsa, penalti təyin edilməli, yoxdursa, simulyasiyaya görə futbolçu cəzalandırılmalıdır. Oyunu stadiondan və televiziyadan izləyən tamaşaçılar da gördü ki, orada penalti var idi. Bundan başqa, sonuncü ümid foluna görə rəqib futbolçuya qırmızı vərəqə verilməli idi. Dünən Rusiya kanallarında bir verilişə baxırdım. Azərbaycanlı hakimlərə örnək ola biləcək məşhur Pyerluici Kollina Ukrayna çempionatında Kiyev «Dinamo»sunun iştirakı ilə keçirilmiş bir oyundakı epizodu şərh edirdi. Bildiyiniz kimi, Kolina Ukrayna Futbol Federasiyasında hakimlərin işinə nəzarət edir. Dediyim hadisə Bahadır Nəsimovun epizoduna bənzəyirdi. Kolina bildirdi ki, həmin epizodda penalti təyin edilməliydi. Yəni əgər futbolçuya təmas varsa, penalti verilməlidir. Çox təəssüf ki, bizdə Kollina kimi ürəkli hakim yoxdur. Fariz Yusifov bu cür idarəçiliklə beynəlxalq arenada yaxşı ad qazana, yüksəklərə çıxa bilməyəcək».
Elnur Əşrəfoğlu bildirib ki, Fariz Yusifov həmçinin oyunun vaxtını yerli-yersiz uzadıb: «Təkcə bir epizodu deyim. Rəqib cərimə zərbəsi yerinə yetirdikdən sonra qapıçımız Rauf Əliyev topu tutdu və irəli atdı. Hücum etmək istəyərkən Fariz Yusifov oyunu dayandırdı və bildirdi ki, bizim cərimə meydançasında qayda pozulub. Yusifov qəsdən oyunun vaxtını uzadırdı. O, əlindən gələn hər şeyi etdi ki, «Neftçi» qələbə qazana bilməsin. Bütün bunlar göstərir ki, AFFA-nın Hakimlər Komitəsində iş düzgün qurulmayıb. Və təkcə elə bu kimi faktlardan sonra suallar yaranır: nəyə görə bizim hakimlər Avropa Liqasının, Çempionlar Liqasının oyunlarına təyinat almırlar? Heç olmasa, son dünya çempionatının final mərhələsində hakimlik edən özbəkistanlı Rövşan İrmatovun təcrübəsindən bəhrələnsinlər. O, azərbaycanı hakimlərə örnəkdir».
E.Əşrəfoğlu bəzi klubların səsləndirdiyi iddialara da toxunub: «Neftçi»nin hakimlərin əli ilə irəli çəkildiyini iddia edənlər öz oyunlarındakı hakimliyə də nəzər yetirsin və ona qiymət versinlər».
E.Əşrəfoğlu hakimlərin «Neftçi»ni sıxışdırdığını, onun uğurlarının qarşısını almağa çalışdığını bildirib: «Neftçi» milli komandalara ən çox futbolçu verən klubdur. Bu cür hakimlik o futbolçuları ruhdan sala bilər. Ona görə də hakimlər idarəçiliklərinə fikir verməlidirlər. Mən hər zaman sözümü demişəm. Əgər «Neftçi»yə qarşı bu ədalətsizlik davam etsə, həm Hakimlər Komitəsi, həm də hakimlər haqda daha kəskin açıqlamalar verəcəyəm».
Volkanı Metin əzəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı