«Qarabağ» klubunun təsisçisi Adil Nadirov AZAL-la oyunda baş vermiş olaylarla bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında Adil Nadirov «Qarabağ» rəhbərliyinin istefaya çağırılması ilə bağlı şüarlarla razılaşmadığını söyləyib.
«50 ildi «Qarabağ» komandasının içindəyəm. Özümü dərk edəndən bu komandaya bağlanmışam. Komandanın ən çətin günlərində o ağrıları mən yaşamışam. İllər olub komandanı tək saxlamışam. Bu vaxtadək «Qarabağ»ı doğma balam bilmişəm. Heç kim «Qarabağ»ı mənim kimi sevə bilməz. Ona görə də mən əyriləri də, doğruları da birbaşa söyləməkdən çəkinmirəm. 2 aydı səhhətimlə bağlı evdən çölə də çıxa bilmirdim. İnanırsız, o gün ilk dəfə oyuna getdim. Eşitdiklərimə inanmağım gəlmədi. Məni dəli gülmək tutdu. Harda görülüb ki, sponsoru istefaya çağırsınlar? Azarkeş ancaq baş məşqçini istefaya çağıra, futbolçulardan narazılıq bildirə bilər».
Adil Nadirov «Qarabağ»ın sponsoru olan «Azərsun» şirkətinin komandadan dəstəyini əsirgəmədiyini bildirib: «Adam gərək yaxşını da, pisi də üzə söyləsin. Heç vaxt heç nədən çəkinməmişəm. «Azersun Holdinq»in prezidenti Abdolbari Goozalın bu komandaya etdiklərini necə unutmaq olar? 2001-ci ildə «Qarabağ»da cəmi 6 nəfər qalmışdıq. Bunlardan cəmi 3-ü futbolçu idi. O kişi (Abdolbari Goozal - red.) məni yanına çağırıb komandanı himayəyə götürəndə bircə cümlə dedi: Mən «Qarabağ»ı ona görə himayəmə götürürəm ki, «Qarabağ» adı ermənilər qarşısında xəcil olmasın. Qoy deməsinlər ki, «Qarabağ» bu gün yaşamır. Mən bunu heç vaxt unutmuram. Goozal bəyin haqqını necə unutmaq olar?! O uşaqların istefa qışqırmasını heç cür anlamıram».
A.Nadirov azarkeşləri «Qarabağ»a həm yaxşı, həm də pis günündə dəstək olmağa çağırıb.
«9 il ərzində görmüsünüz ki, bir futbolçu «Qarabağ»dan, «Azərsun»dan şikayət etsin? Bu gün hansı klubun «Qarabağ» kimi daimi dayağı var? Əgər «Azərsun»un bu siyasəti olmasaydı, «Qarabağ» 2 il Avropada play-off oynaya bilərdi? Kimin nə sözü var gəlsin mənə desin. «Qarabağ» hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın...» - deyə A.Nadirov vurğulayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır