“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolinin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”ın son turda AZAL-a məğlubiyyətini nə ilə əlaqələndirərdin?
- Çox gərgin oyun oldu. Biz daha çox hücum etsək də, hesabı rəqib açdı. Bu isə onlara əlavə güc verdi və rəqib növbəti dəfə fərqlənərək oyundan qalib ayrıldı. Əlbəttə, futbolda belə şeylər də olur. Burada hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır.
- Növbəti turda “Qarabağ” Premyer Liqanın lideri “Neftçi” ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsən?
- Bu matça xüsusi hazırlaşırıq. Çünki rəqib çox güclüdür. Çətin oyun olacağını indidən söyləmək olar. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. “Neftçi”yə qarşı da öz oyunumuzu oynamaqla müvəffəqiyyət qazanmaq istəyirik. İnanıram ki, bu oyunda uğur məhz “Qarabağ”ın tərəfində olacaq.
- Komanda son zamanlar yersiz xallar itirir. «Qarabağ »ın uğur qazanmasına nə mane olur?
- Premyer Liqada bütün klublar oyundan-oyuna artırır. Ona görə də, bu yarışda stabil mübarizə aparmaq müəyyən çətinlik yaradır. Lakin komanda daxilində hər şey qaydasındadır. Heç bir problem yoxdur. Artıq zədəli futbolçuların da yenidən heyətə qayıtması bizi çox sevindirir. Bu isə növbəti oyunlarda bizim lehimizə işləyəcək.
- “Qarabağ”ın aparıcı müdafiəçisi olan Rəşad Sadıqov komandanı tərk etdikdən sonra müdafiədə ciddi boşluqlar yarandı.
- Təbii ki, əvəzedilməz futbolçu yoxdur. Lakin Rəşad həqiqətən də Azərbaycanın ən istedadlı futbolçusudur. Onun mövqeyində çıxış etmək bir qədər məsuliyyət tələb edir. Bununla belə, hər bir futbolçu öz mövqeyində maksimum çıxış etmək istəyir. Düşünürəm ki, “Qarabağ” da bu sahədə heç bir problem yoxdur. Bütün futbolçularımız meydanda var qüvvəsi ilə çıxış edir.
- Hansı klubu “Qarabağ”a əsas rəqib görürsən?
- Hazırda bütün klublar bizim üçün güclü rəqib sayılmalıdır. Çünki istənilən rəqibə hörmətlə yanaşmadıqda, bu komandaya baha başa gəlir. Ümumilikdə isə “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və digər klublar bizdən üst pillədə qərarlaşdıqları üçün onlar hazırda bizim əsas rəqiblərimizdir. Lakin biz də özümüzə güvənirik.
- Azərbaycan milli komandası haqqında nə deyə bilərsən?
- Oyunları izləmişəm. Milliniz Almaniya, Avstriyaya məğlub olmasına baxmayaraq, Türkiyəyə qarşı çox əzmkar futbol oynadılar. Həqiqətən də milliniz bu qələbəyə layiq idi. Bu əzmkarlığı digər oyunlarda da göstərsələr, komandanız qrupda autsayder mövqeyindən çıxaraq daha üst pillərə yüksələ bilər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi