Mill komandamızın sabiq üzvü Əfran İsmayılov yığmamızın hazırkı oyun üslubunu təndiq edib.
O, Qol.az-a açıqlamasında italiyalı baş məşqçi Canni De Byazinin komandanı 8 müdafiəçi ilə oynatmasını başa düşmədiyini bildirib:
“Bu gün milli komandamıza çağırılan futbolçuların hamısı öz klubunda daimi heyət üzvüdür. Yəni millimizdən daha uğurlu nəticə gözləmək olar. Amma baxırsan ki, milli tamam fərqli oyun sistemi ilə oynayır. Hücuma çox az futbolçu qoşulur. Demək olar ki, 7-8 müdafiəçi ilə oynayırlar. Buna görə də qol vurmaqda çətinlik çəkirlər. Çox arxada oturmağın nəticəsində qollar buraxırıq. Belə müdafiə ilə ən yaxşı halda heç-heçə oynamaq olar. Bu da kifayət deyil”.

Əfran İsmayılov qeyd edib ki, yığmamız eyni sistemlə oynasa, Millətlər Liqasının qarşıdakı oyunlarında da nəticə qazanmaq çətin olacaq: “Bu sistemi heç cür anlaya bilmirəm. 4 ya da 5 müdafiəçi ilə oynayanlar var. Amma belə 8 müdafiəçi ilə... Bilmirəm, çox qəribə oyun sistemidir. Bunu bircə De Byazidə görmüşəm. Məncə, nəticələrimizin zəif olması bu oyun sisteminə görədir. Əgər bir qədər hücumameyilli oynasaq, vəziyyət dəyişər. Ancaq hər məşqçinin bir taktikası var, inanmıram ki, başqa cür oynasınlar. Mən bir azərbaycanlı kimi millimizin uğurunu, qələbələrini görmək istəyirəm. Milli komanda hamımızın fəxridir. Futbolçular da bunu dərk etsinlər ki, hər adam milli komandaya düşə bilmir. Əgər millidə oynayırlarsa, ürəklərini, canlarını ortaya qoymalıdırlar ki, nəticə olsun”.
Ramiq Ağaməmmədov, Qol.az
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı