Xəbər verdiyimiz kimi, FİFA Ukraynadakı vəziyyətlə əlaqədar transfer qaydalarına dəyişiklik edib.
Dünyanın ali futbol qurumu Ukrayna vətəndaşı olan futbolçulara transfer pəncərəsi xaricində yeni klublara keçməyə icazə verib. İndi ukraynalı futbolçular qeydiyyat müddəti başa çatmış liqalarda belə qeydiyyatdan keçə bilərlər.
Qeyd olunur ki, ukraynalı futbolçuların ölkəni tərk etməsinə icazə verilərsə, keçidlər mümkündür. Bundan əlavə, bir klub hazırkı şəraitdə ikidən artıq ukraynalını transfer edə bilməyəcək.
Ukraynadakı müharibə ilə əlaqədar bu ölkədə futbol çempionatı dayanıb və bəzi oyunçular xarici klublara üz tutmağa başlayıb. Bəs, Ukrayna liqasında çıxış edən futbolçulardan kimlərsə Azərbaycan çempionatında oynamaq üçün müraciət edibmi?
Qol.az saytı bununla əlaqədar azərbaycanlı və ukraynalı tanınmış futbol menecerləri ilə danışıb.
.jpg)
Futbol meneceri Vaqif Heydərli bildirib ki, şəxsən onun özünə ukraynalı futbolçular və menecerlər tərəfindən təkliflər olub:
“Ad çəkməyim düzgün olmaz. Amma bu, bizim klublarımıza aid deyil. Çünki yerli komandalarımız artıq komplektləşiblər, hələlik futbolçu istəmirlər. Söhbət başqa ölkələrin klublardan gedir. Amma ad çəkə bilmərəm”.
Ukraynalı futbol meneceri Maksim Karaqodin isə bildirib ki, hazırda ukraynalı futbolçuların çoxu Azərbaycan da daxil olmaqla xarici ölkələrə getməyə hazırdırlar: “Məlum, liqa dayanıb, çempionatlar davam etdiyindən çox seçim və vaxt da yoxdur. Buna görə oyunçular tez qərar verirlər”.
Onun dediyinə görə, müharibə başlamaq ərəfəsində bəzi Ukrayna klubları Antalyada təlim-məşq toplanışında olublar: “Bir neçə komandamız var ki, hələ də oradadırlar. Onların futbolçuları istənilən təklifə açıqdırlar”.

M.Karaqodin bidirib ki, bəzi ukraynalı futbolçuları Azərbaycan klubları və agentlərinə təklif edib: “Bəzi klublar heyətini komplektləşdirib, bəzilərinin büdcə məhdudiyyəti var. Ona görə də konkret olaraq ukraynalılarla bağlı hələlik heç kimlə razılaşma yoxdur. Ancaq vurğulamaq istəyirəm ki, hər kəs bu məsələyə çox həssas yanaşır. Düşünürəm ki, yaxın vaxtlarda sizin çempionatınızda bir xeyli ukraynalı futbolçu ola bilər”.

Futbol meneceri Erkin İbrahimovun sözlərinə görə, ona ukraynalı futbolçular və menecerlər tərəfindən müraciətlər var:
“Onların əksəriyyəti Ukraynada çıxış edən oyunçulardır. Məsələn, Rusiyada çıxış edən gürcüstanlı futbolçu mənə müraciət etmişdi. Sadəcə olaraq bu, bir az pis vaxta təsadüf etdi. Düzdür, müharibənin uğurlu vaxtı olmur. Sadəcə hazırda Azərbaycanda artıq transfer pəncərəsi bağlanıb və klublarımız öz heyətini formalaşdırıb. Ancaq 1-2 komanda var ki, onlar fürsət oluğu halda həmin futbolçuları heyətlərinə qata bilərlər. "Qarabağ", "Neftçi", "Qəbələ" kimi klublar durumdan yararlana bilərlər. Çünki bu komandalar avrokuboklarda çıxış etmək istəyir və yaya hazırlaşırlar. Açığı, mən bu mövzuda o qədər də fəal deyiləm. Lakin müraciətlər də az deyil. Mənə ukraynalı futbolçular mesaj yazmışdı. Sadəcə həmin oyunçular elə mövqelərdə çıxış edirlər ki, hazırda heç bir klubun belə futbolçuya ehtiyacı yoxdur. Məsələn, indi qapıçı heç kimə lazım deyil. Onsuz da tələbat olan futbolçu tez bir şəkildə özünə komanda tapacaq. Benjamin Verbiç Kiyev “Dinamo”sundan ayrıldı, dərhal “Legiya” ilə anlaşdı. Təbii ki, gündəmdə olan futbolçular daha yüksək çempionatda çıxış edən klublara keçə biləcəklər. Müharibə olmasına baxmayaraq, tanınmış, yaxşı karyeraya sahib futbolçunun Azərbaycana gəlməsi üçün şans çox azdır”.
Nur Zeynalova, Qol.az
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video