"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az-a müsahibəsi
- Birinci dövrə başa çatmaq üzrədir. Komandanızın çıxışını necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, çempionat başlayan ərəfədə komandamızın heyəti demək olar tam dəyişdi, çox sayda yeni oyunçular cəlb olundu. Onların uyğunlaşması üçün zaman lazımdır. Ötən 6 ay müddətində əsasən klubun qurulmasına vaxt sərf olunub. İndi komandamızın çıxışından 80 faiz razıyam. Qarşıdakı iki oyunda mütləq 6 xal qazanaraq, əsas rəqiblərimizi çox irəli buraxmamalıyıq. Bütün komandalara hörmətlə yanaşırıq və bizim üçün zəif rəqib anlayışı yoxdur. Qarşıda autsayder qrupunda olan "Turan" və "Muğan"la görüşlər olsa da, qəti arxayınlaşmamışıq. Bu oyunlar çətin olacaq. Rəqibi qiymətləndirməyən komandaların vəziyyəti sonda heç də yaxşı olmur. Həm komandama, həm də autsayderlər qrupunda olan klublara qələbə çox vacibdir. Nəzərə alaq ki, "Bakı" çempionluq, birinci dövrənin son turlarındakı rəqiblər isə elitada qalmaq uğrunda mübarizə aparır.əİnşallah, qış fasiləsindən sonra daha yaxşı, sürətli oyun göstərən komanda görəcəksiniz.
- "Bakı" həmişə iddialı klublardan olub. Ancaq kollektiviniz çempionluq uğrunda mübarizə aparan digər komandalarla görüşdə xal itirdi...
- Bəli. Amma iddialı rəqiblərimiz gözləmədikləri halda, özlərindən zəif klublarla oyunlarda itki ilə üzləşiblər ki, bununla kompensasiya olunub. Yarış cədvəlinin ön pilləsində gedən komandalarla aramızdakı xal fərqi cüzidir, yuxarıda rəqabət yaranıb. Qeyd edim ki, hələ tələsmək lazım deyil. Əsl, gərgin mübarizə qarşıdadır. Son iki mövsümə diqqət yetirsək, hər şeyin ikinci dövrədə həll olunduğunun şahidi olarıq. Əvvəlcə "Xəzər-Lənkəran" qış fasiləsinə 9 xal fərqlə üstün yollansa da, sonda az qala "Neftçi" çempion olacaqdı. Ötən mövsüm isə lider "Olimpik" yaxın rəqibindən 10 xal fərqi ilə irəlidə olsa da, çempion "İnter" oldu. Halbuki "bankirlər" yarışın gedişində rəqibindən 12 xal geridə idi.
- Fasilədə heyətə "əl gəzdiriləcəkmi?"
- Dəyişiklik olsa da, köklü olmayacaq. Yarımmüdafiə və hücum xəttinə bəzi oyunçular gətiriləcək.
- Kimlər kənarlaşdırılacaq?
- 2-3 futbolçu. Ancaq adlarını çəkmək düzgün olmazdı. Bununla bağlı qərarı baş məşqçi verəcək və onun işlərinə qarışmırıq.
- Legionerlər haqda nə düşünürsünüz?
- Hamısından razı deyiləm. Biz futbolçuların insani keyfiyyyətlərini də nəzərə alırıq. Ancaq bu keyfiyyət olsa, futbolu yaxşı oynaya bilməsə o bizə lazım deyil. Futbolçularda kapriz çoxdur. Baş məşqçi Hacıyevskinin fəaliyyətindən razıyam. Yüksək səviyyədə məşqlər keçir, komandada yaxşı ab-hava yaradıb.
- Xristovla yollarınızın ayrılacağı qətidir?
- Bir futbolçu ki, komandaya fayda vermir, onunla vidalaşmaq labüddür.
- Fasilədən necə istifadə edəcəksiniz?
- Planımızda Türkiyədə hazırlıq keçməkdir. Dekabrın 5-də yığışıb Bakıda bir həftəlik toplanış keçib ardından Antalyaya yollanacağıq. Səfərdə 20-25 günlük hazırlıq prosesi zamanı çox sayda yoxlama oyunları keçirməyi nəzərdə tutmuşuq.
- Belçikanın "Anderlext"indən savayı hansısa xarici klubla əməkdaşlıq olacaqmı?
- Şübhəsiz. "Bakı" bu dəfə Almaniyanın "Herta"sı ilə əlaqə quracaq. Dekabrda həmin ölkəyə səfər planlaşdırılıb. Biz istəyirik ki, yetirmələrimiz Avropa futboluna yaxınlaşıb, uyğunlaşsınlar. Gələcəkdə "Bakı" "Anderlext" və "Herta"nın əsas komandası ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırıb.
- Milli komandamızın oyunundan razısınızmı?
- Qətiyyən yox. Yığmanın oyunu heç xoşuma gəlmir. Şəxsən baş məşqçi Berti Foqtsun hansı kriteriyalara əsasən, seçim etməsindən baş açmıram. Nəyə görə Elvin Əliyev, Cəmşid Məhərrəmov millidə oynamamalıdır? Hansı kriteriyalara əsasən, bizim futbolçular yığmaya çağırılanlardan zəif hesab olunurlar? Elvin və Cəmşid bu gün milliyə dəvət olunanların əksəriyyətindən yaxşı oynayır. Necə olur ki, autsayderlər qrupunda olan "Muğan"dan kənarlaşdırılan Zeynal Zeynalov yığmaya çağırılır? Albaniya ilə oyunda ikinci hissədə onun adını şərhçinin çəkdiyini eşitmədim. Aqil kimi qapıçımızı seçmirlər. Kimin təklifi ilə oyunçular cəlb olunur? Elxan Abdullayevin? İstəyirlər gəlib, bizim oyunçuları yoxlasınlar. Bu gün bizdə ehtiyatda oturan bir neçə oyunçuumuz millinin bəzi üzvlərindən qat-qat üstündürlər. Belə çıxır ki, Berti Foqts "Bakı"dan küsüb. Söz düşən kimi deyir komandamızda daha çox legioner oynayır. Məgər "İnter", "Xəzər-Lənkəran", "Neftçi"də belə deyilmi?
- Sizcə, Foqts kiminsə sözü ilə idarə olunur?
- Vallah bunu demək çətindir. Ancaq görünür ki, elədir.
Anar CƏFƏRSOY
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”