«Qarabağ» Respublika stadionundan gedir

«Qarabağ» Respublika stadionundan gedir
ÖLKƏ FUTBOLU 20 Noyabr 2010 / 17:15 2228
-  A +

Ağdamın «Qarabağ» klubu noyabrın 28-də, «Neftçi»yə qarşı keçiriləcək oyundan sonra bütün rəqiblərini Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda qəbul edəcək və məşqlərini də burada keçirəcək. Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, Suraxanı stadionunun meydançası indi əla vəziyyətdədir: «Buna görə də biz qərara almışıq ki, «Neftçi» ilə görüşdən sonra ev oyunlarını əvvəlkitək Suraxanı stadionunda keçirək».
Xatırladaq ki, sözügedən idman arenasının ot örtüyünün normal olmaması səbəbindən «Qarabağ» rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
Əmrah Çəlikəl Suraxanı stadionunun «Qarabağ»a 20 illiyə icarəyə verilməsi məqsədilə yaxın vaxtlarda müqavilə bağlanacağını da söyləyib.


Son xəbərlər