Unibank Premyer Liqasının lideri «Neftçi» noyabrın 21-də «Qəbələ»ylə qarşılaşacaq. Oyun ərəfəsində «flaqman»ın baş məşqçisi Arif Əsədov Qol.Az saytının suallarını cavablandırıb.
- «Qəbələ» komandası ilə oyuna hazırlıq prosesi necə gedir?
- Adi qaydada. Bu qarşılaşmaya da digər matçlarımız kimi hazırlaşmışıq. Millidəki futbolçularımız da artıq düşərgəyə dönüblər. Bu gün tam heyətlə hazırlaşırıq. Rail Məlikov, Qribauskas və Flavinyo istisna olmaqla, bütün futbolçularımız sıradadır. Bizim «Qəbələ» ilə bütün matçlarımız çətin olub. Amma buna baxmayaraq, hədəfimiz dəyişmir. Bu qarşılaşmaya üç xal qazanmağa çıxacağıq.
- Flavinyo ən azı üç ay oynaya bilməyəcək. Bəs, «Neftçi»nin kapitanı Rail Məlikovla qapıçı Paulius Qribauskasın yaşıl meydanlara nə vaxt qayıdacağı bilinir?
- Rail artıq dünəndən topla çalışmalara başlayıb. Amma biz onu qorumağa çalışırıq. Ona görə də bu futbolçu hələlik fərdi qaydada məşq edir. İnşallah, növbəti qarşılaşmalarda onu görə biləcəksiniz. Qribauskas isə öz ölkəsinin milli komandasının düşərgəsinə yollanmışdı. Orada özünü həkimə göstərib. Sabah Bakıya qayıdacaq. Burada bir daha müayinədən keçəcək. O zaman onun əməliyyata ehtiyacı olub-olmadığı müəyyənləşəcək.
- Rəqibiniz «Qəbələ» yeddi oyundur ki, uduzmur. Bu amil sizi nə dərəcədə ehtiyatlandırır?
- Biz belə şeylərə fikir vermirik. Amma «Qəbələ»nin məğlubiyyətsiz oyunlar seriyası bizə əlavə üstünlük verir. «Neftçi» bu komandayla oyunda meydana çıxıb o sindromu qırmaq fikrindədir.
- «Muğan»la son qarşılaşmada aparıcı futbolçunuzun Flavinyonun ayığının sındırılması komandadakı əhval-ruhiyyəyə necə təsir edib?
- Əlbəttə ki, bu hadisəni mənfi qiymətləndiririk. Futbolçu futbolçuya belə ağır xəsarət yetirməməlidir. Amma eyni zamanda heç bir oyunçu zədədən sığortalanmayıb. Bununla belə, biz Flavinyonun başına gələnləri unudub növbəti oyunu fikirləşirik. Mən bir baş məşqçi olaraq, oyunu bir futbolçunun deyil, bütün komandanın üzərində qururam. Mənə elə gəlir ki, «Neftçi»də Flavinyonu əvəz edə biləcək futbolçu var. Flavinyonun mövqeyində oynayacaq futbolçu üçün bu, yaxşı bir şansdır.
- Flavinyonun itkisini «Neftçi» üçün nə dərəcədə ciddi hesab edirsiniz?
- Əlbəttə, ciddi itkidir. Amma unutmayın ki, biz oyunlara 25 futbolçuyla hazırlaşırıq. Hər bir futbolçu da digərini layiqincə əvəz edə bilər.
- Flavinyonun əvəzləyicisi kim olacaq?
- Bunu oyunda görəcəksiniz. Hazırda bu haqda heç nə deyə bilmərəm. Hələ matça iki gün var.
- «Neftçi» «Qarabağ»la yanaşı milli komandaya ən çox futbolçu verən klublarımızdandır. Amma son vaxtlar «Qarabağ» narazılıq edir ki, tez-tez təşkil olunan təlim-məşq toplanışları bizə mənfi təsir edir. Bəs, millinin bu cür hazırlıqları «Neftçi»yə təsirini göstərirmi?
- Bizdən bu məsələylə bağlı narazılıq eşitmisiniz? Bu, milli komandanın toplanışıdır. Biz heyətimizi həm də ona görə geniş etmişik ki, problemlə üzləşməyək. Əgər bir futbolçumuz sıradan çıxarsa onu əvəz edə biləcək oyunçu taparıq. Bu mənada, biz milliyə daha çox futbolçu vermək istərdik.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı