"Şalke" Rusiya şirkətinin loqosundan imtina etdi

"Şalke" Rusiya şirkətinin loqosundan imtina etdi
XƏBƏR 24 Fevral 2022 / 18:50 4626
-  A +

Almaniyanın "Şalke" klubu baş sponsorunun - Rusiyanın "Qazprom" şirkətinin loqosunu komandanın formasından çıxarıb.

Qol.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib: “Son günlərdə baş verənləri nəzərə alaraq “Şalke” baş sponsoru “Qazprom”un loqosunu formalarından çıxarmaq qərarına gəlib. Bu addım şirkətin Almaniyadakı nümayəndəliyi ilə razılaşdırılıb. Əvəzində köynəklərin üzərində “Şalke-04” yazısı yer alacaq”.

Xatırladaq ki, ötən gecə Rusiya qoşunları Ukraynaya hücum edib və hazırda iki ölkə arasında müharibə gedir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner