Ukrayna klublarının legionerləri kömək istədilər - Video

Ukrayna klublarının legionerləri kömək istədilər - Video
XƏBƏR 24 Fevral 2022 / 17:19 184358
-  A +

“Şaxtyor”un (Donetsk) və “Dinamo”nun (Kiyev) braziliyalı futbolçuları Ukrayna və Rusiya arasında hərbi münaqişə başlaması ilə əlaqədar  öz ölkələrindən yardım istəyiblər. 

Qol.az xəbər verir ki, bu barədə onlar öz sosial şəbəkə hesablarında paylaşımlar ediblər. Oyunçular ailələri ilə birlikdə qaldıqları oteldən video yayımlayaraq çətin durumda olduqlarını bildiriblər. Onlar Braziliyanın səlahiyyətli şəxslərindən yardım istəyiblər. 

“Şaxtyor”un oyunçusu Junior Moraes isə öz İnstaqram səhifəsindən etdiyi paylaşımda  yazıb: 

“Vəziyyət çox ciddidir. Qurtulmaq üçün bir çıxış yolu axtarırıq. Otelin içində qalmışıq. Bizim üçün dua edin”.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner