Mərcdə uduzduğuna görə türk klubunun baş məşqçisi oldu

Mərcdə uduzduğuna görə türk klubunun baş məşqçisi oldu
XƏBƏR 24 Fevral 2022 / 15:07 3103
-  A +

Almaniya futbolunun əfsanələrindən olan Mario Basler ölkəsində fəaliyyət göstərən türk klubunda çalışacaq.

Qol.az-ın xəbərinə görə, o, 8-ci liqada yarışan “Turkgücü Osnabrück” klubu ilə 1,5 illik müqavilə imzalayıb. Baslerin bu addını yerli mətbuatın diqqətini çəkib. Məlumata görə, o, bir dostu ilə mərci uduzduğu üçün sözügedən klubda işləməyə razılıq verib.

Futbolçu kimi “Bavariya” və “Verder”də çıxış etmiş Basler 1996-cı ildə Almaniya millisi ilə Avropa çempionu adını qazanıb. O, 2004-cü ildən məşqçilik fəaliyyətinə başlayıb, bir neçə aşağı liqa komandasında işləyib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner